30 Avqust 12:28

Gəncə şəhərində “Musiqi Həyatdır” adlı gənc DJ-lərin iştirakçısı olduğu festival keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Gələcəyə Körpü” GİB və “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” İB tərəfdaşlığı ilə  26-27 avqust 2016-ci il tarixində Gəncə şəhərində “Musiqi Həyatdır” adlı gənc DJ-lərin iştirakçısı olduğu festival təşkil olundu.

Layihənin əsas məqsədi gənclərimizin asudə zamanının səmərəli təşkil etmək, pis vərdişlərə yönəlmələrinin qarşısı almaq və bu istiqamətdə təbliğat işləri aparmaqla, 2016 Avropa Gənclər Paytaxtı çərçivəsində Gəncə şəhərinə dəstək olmaq, Avropada geniş yayılmış gənclərin böyük maraq göstərdiyi bu tipli festivalları təşkil etməklə DJ sənətini ölkəmiz və şəhərimizdə təbliğ etmək, gənclərdə bu sahəyə maraq oyatmaqdı.

26 avqust tarixində baş tutan açılış tədbirində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin nümayəndələri çıxış edərək layihəyə uğurlar arzuladılar. Açılış zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu haqqında gənclərə ətraflı məlumat verildi.

Bakidan və regiondan olan peşəkar və həvəskar  DJ – lərin iştirakı ilə təşkil olunan festivalın əyləncəli hissəsi 27 avqust tarixində Gəncə şəhər Heydər Əliyev park kompleksində təşkil olundu. Tədbirdə 200-ə yaxın şəhər sakini iştirak etdi.

Gəncə şəhərində “Musiqi Həyatdır” adlı gənc DJ-lərin iştirakçısı olduğu festival təşkil 14203477_1185049351554030_1602563450_o

Bəyən və paylaş

Rəylər

rəy(lər)