31 Mart 20:36

Gəncədə “Media Məktəbi -2” layihəsi başladı

“Media Məktəbi -2” layihəsi başladı
Layihə çərçivəsində ilk təlimlər 8-10 aprel tarixində keçiriləcək. Layihə 3 ay müddətində davam edəcəkdir. İcrasına başlanılan layihədə gənclər təşkilatları (QHT, TGT) və digər gənclərlə işləyən qurumların piar mencerləri, mətbuat katibləri və ictimai əlaqələr şöbəsinin nümayəndələri və ya bu vəzifələrə namizəd gənclər iştirak edə bilərlər. Layihədə iştirak üçün son müraciət tarixi 5 aprel, saat 17:00-dur.
Maraqlanan gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/…/1AUHzmY3RSEefIYTV4ZxmLTr…/viewform

“Media Məktəbi- 2” layihəsi Gəncə ş.,Gənclər və İdman Baş İdarəsi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin birgə əməkdaşlığı, “Gəncə 2016- AGP” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.
Layihənin əsas məqsədi gənclərin yeni media alətlərindən düzgün istifadəsi və bu sahədə yeni biliklərin qazanılmasına xidmət etməkdir. Layihə çərçivəsində Avropa ölkələrinin media ilə bağlı həyata keçirdiyi layihələrdən nümunələri layihə iştirakçısı olan Gəncə gənclərinə təqdim edilməsi, gənclərin sosial mediada fəal iştirakı üçün innovativ vasitələrin tətbiqini genişləndirməsi, həmçinin region gənclərinə sosial mediadan səmərəli istifadə qaydalarının da öyrədilməsi əsas istiqamətlərdəndir.

Layihə çərçivəsində iştirakçı gənclərə peşəkar piar menecerlər, media nümayəndələri tərəfindən təlimlər keçiriləcək və onların təcrübələrindən gənclərin yararlanması üçün imkan yaradılacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)