11 İyul 16:49

Gənc alimlərin birinci beynəlxalq elmi konfransı keçiriləcək

Oktyabrın 17-18-də Gəncə Dövlət Universitetində gənc alimlərin birinci beynəlxalq elmi konfransı keçiriləcək.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən keçiriləcək konfransın məqsədi gənclərin elmə marağını artırmaq, dünyanın müxtəlif universitet, akademiya və institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək və bu sahədə əldə olunan təcrübələri paylaşmaqdır. Eyni zamanda, onların qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdir.

Konfransda iqtisadiyyat, dəqiq və təbiət elmləri, filologiya bölmələri üzrə 40 yaşadək alimlər iştirak edə bilərlər.

Maraqlananlar elmi məqalələrinin tezislərini sentyabrın 15-dək [email protected] elektron ünvanına göndərməlidirlər.

Əlaqə nömrəsi: (+994 22) 256 33 58

©  www.science.gov.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)