12 May 07:44

“Gənc Həkimlər üçün Karyera Sərgisi” layihəsi həyata keçirildi

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Həkimlər üçün Karyera Sərgisi” layihəsi həyata keçirilmişdir.

 

Layihə rəhbəri Murad Həsənzadənin verdiyi məlumata görə, ” Gənc Həkimlər üçün Karyera Sərgisi”  layihəsi çərçivəsində 12 may tarixində gənclər həkimlər üçün karyera sərgisi keçirilmişdir.

Sərgi zamanı müxtəlif tibb mərkəzləri, tibb üzrə ixtisaslaşmış təşkilat və tədris mərkəzləri, o cümlədən, Azərbaycan İsrail Beynəlxalq Tibb Mərkəzi, Memorial Klinik, Edulandiya Təhsil və Konsultasiya Mərkəzi, Elit Akademi TUS Mərkəzi, Hippokrat Tədris Mərkəzi, Azərbaycan – Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti, Azərbaycan Həkim və Təbib Tələbələr İctimai Birliyi, Memorial Klinik, AzerEdu Tədris Mərkəzi iştirak etmişdir.

Qeyd edək ki, layihənin keçirilməsinin məqsədi tibb tələbələrinə və gənc həkimlərə əmək bazarı ilə tanış olmağa və iş tapmaqda kömək etməkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)