24 Dekabr 07:09

Gənc Həkimlər üçün Təhsil və Karyera Sərgisi

Gənc Həkimlər üçün Təhsil və Karyera Sərgisi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin əsas məqsədi tibb tələbələrinə təhsil və karyera istiqamətlərinin müəyyənləşdirilməsində yardımçı olmaq, gəncləri mövcud imkanlarla tanış etməklə daha düzgün seçim etmələrinə kömək etməkdir.

Layihə zamanı tibb sahəsində ixtisaslaşmış tədris mərkəzləri, təşkilatlar, klinika və xəstəxanaların nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti, gənc həkimlərə təklifləri haqqında ətraflı məlumat verəcəkdir. Həmçinin müxtəlif özəl tibb mərkəzləri tərəfindən aktiv vakansiyalar da təqdim olunacaqdır.

Sərginin iş vaxtı 27 dekabr 11:00-17:00, Ambassador Oteldə olacaqdır. Sərgidə iştirak pulsuzdur və qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Qeyd olunan saat aralığında Sizə uyğun vaxtda gəlib sərgi ilə tanış ola, Sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

Qeyd: Sərgidə təşkilat olaraq (klinikalar, tibb mərkəzləri, tədris mərkəzləri və sahə və mövzu ilə əlaqəli bütün qurumlar) təmsil olunmaq istəyənlər [email protected] mail adresi və ya 051 898 88 18 nömrəsi ilə əlaqə saxlasınlar. Təşkilat olaraq qeydiyyatdan keçmək üçün son tarix 25 dekabrdır.

Ətraflı məlumat üçün:
Darvaz Lı
051 898 88 18
070 883 88 18
[email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)