22 Oktyabr 08:47

Gənc Həkimlərin və Tibb Tələbələrinin Forumu keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dövlət dəstəyi şurasının maliyyə, “Gənc Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin və “Edulandiya” Təhsil və Konsultasiya Mərkəzinin təşkilati dəstəyi və “Gənclik Təşəbbüsləri” İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Klinikasında ” Gənc Həkimlərin və Tibb Tələbələrinin Forumu ” layihəsi həyata keçirilmişdir.

 

“Gənclik Təşəbbüsləri” İctimai Birliyindən verilən məlumata görə, ” Gənc Həkimlərin və Tibb Tələbələrinin Forumu ”  layihəsi çərçivəsində 21 oktyabrda gənc həkimlər və tibb tələbələri üçün “Diplomdan sonrakı təhsil” mövzusunda forum keçirilmişdir.

 

Tədbiri giriş sözü ilə açan  “Gənc Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin sədri Həzi Aslanov layihənin əhəmiyyəti, diplomdan sonra təhsilin davam etdirilməsinin aktuallığı haqqında geniş məlumat vermişdir. Forumda gənc həkimlərə ölkə daxilində və xaricində diplomdan sonrakı təhsil haqqına məlumatlar verilmiş, Türkiyə, Almaniya kimi ölkələrdə təhsil sistemi, üstünlükləri və mövcud imkanlar müzakirə olunmuşdur. Bakı Klinikasının uzman həkimi Sənan Cəfərov Türkiyədə təhsil təcrübəsini gənclərlə bölüşmüşdür. Daha sonra “Edulandiya” Təhsil və Konsultasiya Mərkəzinin eksperti Murad Həsənzadə Türkiyədəki TUS, STS imtahanlarının sistemi, imtahana hazırlıq prosesi haqqında geniş məlumat vermişdir. “Gənc Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin aktiv üzvü Səmra Qafarlı Almaniyada tibb təhsili haqqında məlumat vermişdir.

 

Qeyd edək ki, layihənin keçirilməsinin məqsədi tələbələri və gənc həkimlərin peşə fəaliyyəti və təhsili zamanı qarşılaşdıqları çətinlikləri öyrənmək, mövcud problemlərin müzakirəsi, gənclərin təcrübəli ekspertlərlə görüşlərinin keçirilməsi və həkimlər arasında şəbəkələşmə və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsidir.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)