9 Avqust 22:01

” Gənc Marketoloqlar Məktəbi” Layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə ” Gənc Marketoloqlar Məktəbi” Layihəsinə start verildi. Layihə müddətində peşəkar mütəxəssis Arzu Qafarlı tərəfindən: Ümumi marketinq anlayışı,Marketinqin əsasları və marketinq planın yazılmasi,Klassik Marketinqin və Müasir marketinq,Bazar araşdırması(SWOT analiz) mövzularında təlimlər və praktiki oyunlar keçiriləcək.

Təlimçi Arzu Qafarlı -Gənclər fondunun bir neçə layihəsinin rəhbəri ve təlimçisi olmuşdur. Marketinq və satış sahəsində on ildən artıq təcrübəsi var. Bu illər ərzində özəl şirkətlərdə marketinq menecer kimi işləmiş. Hal-hazirda bankda marketinq və satış departamentində işləyir. Bu sahə üzrə müxtəlif təlimlər keçmişdir. Layihədə iştirak etmək istəyənlər avqust ayının 13-nə kimi qeydiyyatdan keçməlidir.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)