3 Noyabr 09:56

Gənc rəssamların “Bir günəş” adlı sərgisi

Elə bir nəsnə deyin ki, ona bütün mədəniyyətlərdə, sivilizasiyalarda sitayiş edilsin? İnsanlar Onu səmalardakı möhtəşəm kürsüsündən dəfələrlə yerə endirdilər: uzaq şərqli Ameterasu, misirli Amon, olimpiyalı Zevs, hindlli Qaruda, suriyalı Hebat minilliklərlə incəsənəti himayə etdi və bu gün də, fərqli adlar altında incəsənətin keşiyini çəkməkdədir.
Planetimizin yaradılış səbəbi kimi ona özündən bir parça qatmış, yupyumuru bir eşqlə yanan narıncı Günəş, bəlkə də, bəşəriyyətin ən sevimli, ən doğma və ən çox paylaşılan xəzinəsidir. İlk insandan çağdaş metropol sakininə qədər hər kəsi məftun etmiş bu əsrarəngiz əbədi od, təbiət və insanlıq tarixinin başlanğıcı və ona yön verib hansısa bir istiqamətə aparan tək qarşısıalınmaz qüvvədir.
Bu nəhəng alov parçası, parlaq ulduzumuz – şəffaflığı qədər müəmmasını da qoruyub saxlayaraq, hər düşünəbilən canlını sual qarşısına qoyur. Onun gizəm və açması nədədir? Bu bir rebusdur, bu bir tapmacadır, əziz rəssamlar, bəs siz Günəşin hansı cavabını tapa bilmisiniz?

Kətan üstündə sizdən görmək istədiyimiz, yalnız sizin görə bildiyiniz günəşdir. Günəşinizi bizimlə bölüşün.”

Bəyən və paylaş

Rəylər

rəy(lər)