21 Yanvar 11:49

“Gənc reperlər arasında vətənpərvər mahnı müsabiqəsi” layihəsi

DİQQƏT! ELAN! RAP MÜSABİQƏ!
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Azərbaycan repinin inkişafına xidmət edəcək “Gənc reperlər arasında vətənpərvər mahnı müsabiqəsi” layihəsinə start verilir. Layihə çərçivəsində 14-29 yaşarası reperlərin “VƏTƏNPƏRVƏR” mövzuda yazmış olduğu rep parçalarının təqdim edilməsi üçün müsabiqə elan ediləcək. Müsabiqə çərçivəsində 10 rep qalib elan ediləcək və onların Azərbaycanın tanınmış reperlərinin iştirakı ilə birgə yekun FİNAL konserti baş tutacaq.
Müsabiqə üçün tələb olunanlar aşağıdakılardır:

(Repə qadağa qoyulmur. Sadəcə bu qaydalar daha çox insanın diqqətini repə yönəltmək üçün tətbiq olunur)
1. Yalnız VƏTƏNPƏRVƏRLİK mövzusunda olan replər qəbul edilir;
2. Replər səsyazma keyfiyyətinə malik olmalıdır;
3. Replərdə qeyri-etik, siyasi və qadağan olunmuş digər məsələlərə yol verilməməlidir.
Qaliblər əldə edəcəklər:
I yer: Pulsuz albom yazılışı və hədiyyələr
II yer: Qiymətli mükafat və diplom
III yer: Həvəsləndirici mükafat və diplom.
Replərin təqdim olunması üçün son tarix: 15.02.2016 saat: 23:00
Qaydalara uyğun gələn replərinizi aşağıdakı ünvanlara göndərə bilərsiniz:
Əlaqə: (051) 521 22 32 (görüşüb cd diskdə də verə bilərsiniz)
Email: [email protected]
[email protected] (online göndərə bilərsiniz)

youthfoundation.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)