“Gənc Tədqiqatçılar Məktəbi” layihəsinə start verilmişdir

18-19 noyabr 2017-ci il tarixində Binəqədi Gənclər Evində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və fiziki şəxs Həcər Abbaslının təşkilatçılığı ilə həyata keçirilən “Gənc Tədqiqatçılar Məktəbi” layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün “Tədqiqat Metodları” mövzusunda təlimə start verilmişdir.

Təlimin açılışında çıxış edən layihə rəhbəri Həcər Abbaslı layihənin məzmunu və əhəmiyyəti vurğulayaraq təlim çərçivəsində tələbələrin tədqiqatçılıq bacarıqlarının artılacağını qeyd etmişdir. Açılış çıxışında Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi elmi işçi Orxan Bağırov gənclərdə tədqiqatçılıq bacarığının artırılmasının vacib sahə olduğunu bildirərək bu tip təlimlərə ciddi ehtiyac olduğunu və gələcəkdə bu mövzu ilə bağlı təlim kurslarının davamlı olmasını arzulayaraq layihə haqqında xoş təəssüratlarını iştirakçılarla bölüşmüşdür.

Daha sonra təlim ekspert İsmayıl Kərimovun mühazirəsi ilə davam etmişdir. Ekspert ilk əvvəl təlim kursun 10 moduldan ibarət olduğunu və təlim prosesi haqqında məlumat verdi. O, təlimin 1-ci günü tədqiqat anlayışı, tədqiqatın xüsusiyyətləri və tədqiqat sahəsi ilə bağlı əsas anlayış və terminlər haqqında təlim iştirakçılarını məlumatlandırdı. Təlimin ikinci günü isə tədqiqatın mərhələləri, planlaşdırma və tədqiqatların təsnifatlaşdırılması haqqında məlumat verdi. Təlim kursunun praktiki hissəsində isə ixtisaslara uyğun formada 5 tədqiqat mövzusu seçilmişdir. Təlim iştirakçıları təlim kursda öyrəndiklərini seçilən tədqiqat mövzularına tətbiq etdilər və təlimin 10-ci günündə seçilən mövzularla bağlı tədqiqat planının hazırlanması gözlənilir.

Bir cavab yazın

Back to top button