19 Fevral 07:46

Gənc Tarixçilər Arasında Araşdırma Müsabiqəsi

Azərbaycan tarixinin hərtərəfli tədqiq edilməsi, onun ictimai və sosial cəmiyyətdə canlandırılması ,yetışməkdə olan gənc tarixçi nəslin üzə çıxarılması məqsədi ilə “Azərbaycan respublikası -Prezidenti yanında Gənclər Fondu”-nun maliyyə dəstəyi ilə VII qrant müsabiqədə qalib gəlmiş Gənc Tarixçılər Arasında Araşdırma Müsabiqəsi adlı layihə ATGTİ-nin və ADPU TGT-nin birgə təşkilatçılığı ilə keçiriləcəkdir.
Təlim Yarışma Ölkəmiz üçün aktual olan mövzular arasında Qarabağ xüsusi yer tutur. Layihə də məhz bunu nəzərə almışdır. Qarabağ haqqında ən yaxşı araşdırma aparan, onun tarixi, əraziləri, mədəniyyəti haqqında ətraflı məlumat verən gənclər bu dəfə mübarizə aparacaqlar.Araşdırmalar elmi mənbələrə, tarixi kitablara, faktlara əsaslanacaqdır. Araşdırmaların qiymətləndirilməsi isə tarixçilər və professorlar tərəfindən olacaqdır. Ən yaxşı, ətraflı araşdırma təqdim edən gəncin məqaləsi bütün KİV – lərdə yer alacaq, qəzetlərdə, beynəlxalq jurnallarda çap olunacaq və tarixi məqalə kimi təqdim olunacaqdır. Bundan əlavə qalib gələn gəncə mükafatlar və fərqlənmə diplomu da təqdim ediləcəkdir. Dünyanın, xüsusilə Qafqazın problemləri arasında fərqlənən problemlərdən biri də Qarabağ problemidir. Bu bütün Azərbaycanın, gəncliyimizin problemidir. Bunu ən yaxşı formada bütün dünyaya çatdırmalıyıq. Burda isə işin böyük hissəsi xüsusilə tarix üzrə təhsil alan gənclərin üzərinə düşür. Qarabağ haqqında bədnam düşmənlərin saxta faktları çoxdur. Bizim internet resurslarında kifayət qədər məlumatlarımız olsa da gənclərdə onlardan istifadə etmək bacarığı çox vaxt olmur, çünki tarixə aid baza bilikləri olmayan gənc üçün Qarabağ problemini düşməni susdura biləcək qədər araşdırıb məlumat toplamaq çətin olur. Tarix bilikləri yüksək olan gənclər isə həmin debatlarda çox vaxt kənarda qalırlar. Bunun nəzərə alaraq biz gənclərimizin reallıqları ortaya çıxarması, dünyaya tanıtması üçün belə bir layihənin zəruriliyini görürük. Bu araşdırma bütün dünyaya verilə biləcək cavabların qısaca məzmunu olacaqdır. Bizim məqsədimiz Reallıqları dünyaya tanıtmaq, Gənclərimizin araşdırma qabiliyyətini yüksəltmək, Qarabağın tarixi reallıqlarını tam şəkildə üzə çıxarmaq.

Layihə 25.02.2016-cı il saat 12:00 da

Azərbaycan Dövlət Pedaqoji Universitetin Kiçik akt zalında baş tutacaqdır. Layihədə iştirak etmək istəyən tələbələr ;
əlaqə email :[email protected]
Telefon ; 050 677 88 88

vasitələrlə müraciət edə bilərlər

Bəyən və paylaş

Rəylər

rəy(lər)