15 Mart 12:38

Gənc violin ifaçısı Kamran Ömərli Zahar Bronun ustad dərslərində iştirak edəcək

İspaniyanın Kraliça Sofiya adına Ali Musiqi Məktəbində təhsil alan istedadlı violin ifaçısı, Prezident təqaüdçüsü Kamran Ömərli nüfuzlu beynəlxalq müsabiqələrə hazırlaşması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 2-10 aprel 2016-ci il tarixində İsveçrənin İnterlaken şəhərində keçiriləcək dünya şöhrətli professor Zahar Bronun ustad dərslərində iştirak edəcəkdir.

Gənc virtuoz Kamran Ömərli bir çox respublika və beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak etmişdir, o cümlədən Beynəlxalq kvartetlər müsabiqəsinin (İspaniya, 2014) və “Gənc virtuozlar” XI Beynəlxalq müsabiqəsinin (Bolqarıstan, 2015) laureatıdır.

Bəyən və paylaş
Tweet