“Gənclər arası I Qraffiti Çempionatı” layihəsi keçiriləcək

27 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzinin tərəfdaşlığı ilə ilk dəfə olaraq Şəmkir şəhərində yaşayan 14-29 yaş arası gənclər üçün “Gənclər arası I Qraffiti Çempionatı” layihəsi keçiriləcək.

Layihə çərçivəsində küçə rəsm sənətində istedı olan gənclər bir araya gətirilərək burada onlar arasında turnir təşkil olunacaq. Turnirdə gənclərin vətənpərvərlik mövzusunda rəsm əsərləri nümayiş olunacaq və Street Art sənəti gənclər arasında təbliğ olunacaq.

2 gün davam edəcək turnirdə gənclər müvafiq olaraq qrup mərhələsi, ¼ və final mərhələsində yarışacaqlar. Sonda layihəni uğurla bitirən aktiv iştirakçılar şəhadətnamə ilə təltif olunacaqlar.

Layihədə iştirak etmək üçün https://docs.google.com/forms/d/1bsH7C4zdlYW7APCVkW0xbDh0i1MF-6YR3ClS-X9QjPI/viewform linkə daxil olaraq qeydiyyatdan küçməyiniz xahiş olunur.
Əlavə suallar üçün [email protected] ünvanına mail yaza və ya +99455 9041346 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Son qeydiyyat 25.12.2015 tarixinə qədərdir.
Layihə rəhbəri: Ləman Heydərova.

Bir cavab yazın

Back to top button