Gənclər Fondu vətənpərvərlik ruhunun artırılması məqsədilə videorolik hazırlayıb

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənclər arasında milli mənəvi dəyərlərinin təbliği, vətənpərvərlik ruhunun artırılması məqsədilə videorolik hazırlayıb.

Videorolikdə ötən əsrin sonlarında müstəqillik qazanan ölkəmizin qısa müddətdə keçdiyi şərəfli yol, qazandığı uğurlar və ən əsası bütün çətinliklərə rəğmən milli dəyərləri qorunması xüsusi yer tutub.

“Azərbaycan – doğma vətənim, odlar yurdum mənim” adlanan viderolikdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, Qarabağ həqiqətləri, Ulu Öndər Heydər Əliyevin Azərbaycanla bağlı səsləndirdiyi şer yer alıb.

Müasir üslubda hazırlanan viderolikdə Azərbaycanın beynəlxalq miqyasda əldə etdiyi uğurlara diqqət çəkilir, Azərbaycan xalqı ümumilli məsələlərdə həmrəyliyə dəvət olunur.

Bir cavab yazın

Back to top button