1 Fevral 22:50

Gənclər Günü’ndə “Youth Inc.”lə “Stress Menecment” öyrənək!

Gəncsən?! Stress şəraitində işləyirsən?! İmtahanlardan yorulmusan?! Enerjin tükənib?! Elə isə 2 Fevral – Gənclər Günü “Youth Inc.”-ə gəl, “Stress Management”-ə qoşul, enerjini bərpa et!

“The Art of Living Azerbaijan” Beynəlxalq Fondunun antistress proqramları üzrə sertifikatlaşdırılmış instruktoru, “TLEX” korporativ proqramının məsləhətçisi və eyni zamanda “Stressin idarə olunması” proqramının müəllifi olan spikerimiz Kənan Məmmədov sizə Gənclər Günü ilə əlaqədar “Açıq Qapı” çərçivəsində təlimlər keçəcək.

Dostlar və həmkarlarla ünsiyyət, əvəzolunmaz isti atmosfer Sizin yaddaşlarınızda həmişəlik qalacaqdır. Həmçinin “Stressin idarə olunması” mövzusunda biliklər Sizə dərhal rahatlamaq və öz təbii enerji resurslarınızı yeniləmək imkanı verəcəkdir. Düzgün və tez qərar vermək üçün “mental enerji” resursları ilə özünüzü zənginləşdirəcəksiniz.

Özünü gənc hiss edən hər kəsi “Youth Inc.”-ə dəvət edirik.

İştirak etmək üçün qeydiyyatdan keçin.

https://youthinc.typeform.com/to/qw2wUT

saat 14:00

Ödənişsizdir

 


(012) 594 61 41
[email protected]
Ünvan: Lev Tolstoy küç, MUM-un yanı
Bəyən və paylaş