27 May 15:16

“Gənclərin Bilik Olimpiadası” adlı layihəyə start verilib

“Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən “Gənclərin Bilik Olimpiadası” adlı yeni layihənin icrasına başlamışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin elm və yaradıcılıq potensialının nümayiş etidirilməsi üçün əlverişli şəraitin yaradılması, eyni zamanda istedadlı və potensiallı gəncləri müəyyən etmək və gələcəkdə onların potensialını inkişaf etdirmək yolunda mühüm addımların atılmasından ibarətdir. Layihə çərçivəsində 9 müxtəlif ali və orta ixtisas müəssisələrinin tələbələri arasında bilik olimpiadası keçiriləcəkdir. Qeyd edilən sahə üzrə ekspertin iştirakı ilə keçiriləcək görüşlərdə elmə, təhsilə olan marağın artırılması, liderlik, komandada işləmək bacarığı kimi xüsusiyyətlərin üzə çıxarılması istiqamətində gənclərin ictimai fəallığını və sosial aktivliyini təmin edilməsi məsələlərlə bağlı məlumat veriləcəkdir. Sonda layihənin bağlanışı və bilik olimpiadasının final mərhələsi keçiriləcəkdir. “Gənclərin Bilik Olimpiadasında” qalib gəlmiş tələbələr “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi tərəfindən mükafatlandırılacaq.  Qeyd edək ki, layihə zamanı Azərbaycanda intellektual bacarıqlarını geniş olan gənclərin inkişafına təkan verəcək, gənc istedadlı və bilikli gənclərin tapılıb üzə çıxarılacaq və onların tanıdılmasına təkan verəcəkdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)