“Gənclərin satirik düşüncələrinə dəstək” adlı layihə

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsində qalib olmuş “Gənclərin satirik düşüncələrinə dəstək” adlı layihənin icrasına başlanılıb. Karikatura sahəsinin inkişafı, onun Azərbaycan sənətinin mühüm təsviri sənət kimi vacibliyini vurğulamaq üçün gənc karikaturaçı və rəssamlar arasında müsabiqə təşkil edilir.Edumap.az-a verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda zəngin ənənələrə malik karikatura janrının inkişafına dəstək olmaq və vətənpərvərlik mövzusunun təbliğinin karikatura şəklində inkişafının artırılmasına töhvə verməkdir. Müsabiqə sərgi şəklində həyata keçiriləcək və sərgidə iştirak edənlər 5 bal qiymət ilə karikaturaları qiymətləndirəcəklər. Və sonda ən yüksək bal yığan karikaturanın sahibi mükafatlandırılacaq. Ən yaxşı vətənpərvərlik üzrə karikatura rəsmi çəkmiş birinci yerin sahibi mükafat və sertifikatla təltif olunacaq. Həmçinin, 2-ci və 3-cü yer sahiblərinə də hədiyyə və sertifikat təqdim olunacaq. Müsabiqəyə qəbul seçim qaydası ilə aparılacaq. “Gənclərin satirik düşüncələrinə dəstək” layihəsində iştirak etmək istəyən, yaşı 18-30 arası olan gənc karikaturaçı və rəssamlar layihənin rəhbəri Fəridə Əkbərli ilə +99455 529 29 42 nömrə vasitəsilə əlaqə saxlaya bilərlər.

Show More

Bir cavab yazın

Back to top button
Close