“Gənclərin satirik düşüncələrinə dəstək” adlı layihəsinin final mərhələsi keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsində qalib olmuş “Gənclərin satirik düşüncələrinə dəstək” adlı layihəsinin final mərhələsi keçirilmişdir.

Layihənin əsas məqsədi Azərbaycanda zəngin ənənələrə malik olan karikatura janrının inkişafına dəstək olmaq və vətənpərvərlik mövzusunun təbliğinin karikatura şəklində inkişafının artırılmasına töhvə verməkdir.

Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Fəridə Əkbərli gənclərin bu sahəyə olan marağını qeyd edərək, müsabiqəyə qədərki dövrdə gənc rəssam və karikaturaçıların çox saylı müraciətlərindən bəhs etdi. O vurğuladı ki, seçim asan olmasa da müsabiqəyə göndərilən 10 ən yaxşı rəsm final mərhələsində təqdim olunub.

Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Ülvi Adgözəlov və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Nərgiz Xələf çıxış edərək,belə layihələrin uşaq və gənclərin fərdi inkişafına tövhə verdiyini qeyd etdilər və  layihəyə bol uğurlar arzuladılar.

Müsabiqə sərgi şəklində həyata keçirildi və sərgidə iştirak edən qonaqlar karikaturalara səs verərək, ən yaxşı vətənpərvərlik üzrə karikatura rəsmi çəkmiş birinci, ikinci və üçüncü yerlərin sahiblərini müəyyən etdilər. 1ci yerin sahibi Nurlana Məmmədova, 2ci yerin sahibi  Səkinə İbrahimli və 3cü yerin sahibi Aygün Ağayeva seçildi. Müsabiqənin sonunda 1ci, 2-ci və 3-cü yer sahiblərinə  hədiyyə və sertifikat təqdim olundu.
3f35a26d-d410-463c-917b-3f6998f0f4b3 41ae8378-8ded-4a7f-8569-99a289f0f31a 42f18fe7-6398-4fe0-9bcd-aa4a4ffebe63

Show More

Bir cavab yazın

Back to top button
Close