30 İyun 15:58

Gənclərin Yaradıcılıq Emalatxanası Düşərgəsi

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsviri sənət, foto, müasir rəqs, aktyorluq, rejissorluq, estrada ifası, telejurnalistika kimi sahələr üzrə yaşı 18-23 olan gəncləri “Yaradıcılıq emalatxanası” adlı düşərgədə iştirak etməyə dəvət edir!

Düşərgədə yaradıcılıq emalatxanaları, yaradıcılıq müsabiqələri, ustad dərsləri, ekspertlər ilə görüşlər, eləcə də gənclər üçün əyləncəli proqramlar – kinoseans, diskoteka, karaoke, gülüş axşamları, masaüstü oyunlar, intellektual oyunlar, tonqal ətrafı yaradıcılıq gecələri və konsert proqramları təşkil olunacaq.

KEÇIRILMƏ YERI: Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzi

KEÇIRILMƏ VAXTI: 10-20 avqust 2016-cı il

MÜRACİƏT ÜÇÜN SON TARİX: 15 İYUL 2016-CI İL

Düşərgədə iştirak etmək üçün 15 iyul 2016-cı il tarixinədək Qeydiyyat anket forması doldurularaq təsdiqlənməli, daha sonra isə şəxsiyyəti təsdiq edən sənədin surəti [email protected] ünvanına göndərilməlidir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)