29 Yanvar 08:23

“Gənclik rakursu foto sərgisi” layihəsi çərçivəsində sərgi keçirildi

“Gənclik rakursu” foto sərgisi fərdi layihəsi çərçivəsində Bakı şəhərində foto sərgi təşkil edildi. Tədbirin açılışı zamanı layihənin müəllifi Elmir Valehli sərginin həyata keçirildiyi layihənin iş planı çərçivəsində sonuncu tədbir olduğunu qonaqlara bildirdi, layihənin məqsəd və qarşıya qoyulan vəzifələri haqqında məlumatı çatdırdı, əldə edilən nəticələri və uğuru haqqında danışdı. Sərgidə qonaqlara layihə çərçivəsində müvafiq görüş və təlimlər keçmiş 14-18 yaşlı yeniyetmə və gənclərin, eləcə də, digər müvafiq bacarıqları olan bu qrupa daxil edilən şəxslərin ümumən 30 foto işi nümayiş etdirildi. Bu sərgi ötən ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlamış və 3 ay müddətində davam edən layihə çərçivəsində yekun tədbir idi.

Layihənin məqsədi uşaq və gənclərin (o cümlədən həssas qrupdan olan bu cür şəxslərin) yeni media texnologiyalarından istifadəsini artıqmaq, onların cəmiyyətə səmərəli inteqrasiyasına, foto jurnalistika vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, eləcə də, müvafiq qurumlara çatdırmağa kömək etməkdir.

676a4421-5e09-4ff7-acc1-bcff1c290267 d4539990-f059-4e48-98c0-1d9380b89de5 e99ad71e-fac9-4a50-92cc-2135a9b09775

Bəyən və paylaş

Rəylər

rəy(lər)