22 Yanvar 18:45

“GƏNCLİK RAKURSU” FOTO SƏRGİSi

“Gənclik rakursu” foto sərgisinin təşkili Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Elmir Valehlinin ötən ilin noyabr ayından etibarən həyata keçirdiyi “Gənclik rakursu” foto sərgisi fərdi layihəsi çərçivəsində olacaq.
Layihənin məqsədi uşaq və gənclərin (o cümlədən həssas qrupdan olan bu cür şəxslərin) yeni media texnologiyalarından istifadəsini artıqmaq, onların cəmiyyətə səmərəli inteqrasiyasına, foto jurnalistika vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, eləcə də, müvafiq qurumlara çatdırmağa kömək etməkdir. Sərgidə bir sıra maraqlı foto işləri təqdim ediləcək.

SƏRGİNİN KEÇİRİLMƏ YERİ: Bakı şəhəri, Casipan Business Center, Cəfər Cabbarlı küçəsi, 40.

SƏRGİNİN KEÇİRİLMƏ VAXTI: 27 yanvar 2016-cı il, saat 12:00.

SƏRGİYƏ GİRİŞ SƏRBƏSTDİR.
Əlavə məlumat üçün
E-mail: [email protected]
Telefon: 055 214 66 65

youthfoundation.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)