Gələcək bələdçilər üçün tur bələdçiliyi

Kursun adı: Gələcək bələdçilər üçün tur bələdçiliyi

Kurs kimlər üçün nəzərdə tutulub: Karyerasını Tur bələdçiliyi sahəsində qurmaq istəyən gənclər, hal-hazırda tur bələdçisi kimi çalışan və bu sahədə biliklərini təkmilləşdirmək istəyən mütəxəssislər, bu sahəyə marağı olan hər kəs.

Kursun məqsədi:

  • İştirakçıların tur bələdçiliyi ilə bağlı biliklərini artırmaq;
  • Sərbəst şəkildə işləyə bilən peşəkar tur bələdçilərinin yetişdirilməsi.

Kursun dili: azərbaycan və ingilis

Kursun müddəti: 50 saat (31 saat + 2 gün) – 2,5 ay

Kursun başlanacağı tarix: iyun ayı

Kursun formatı: oflayn

Kurs haqqında məlumat:

Kurs həm nəzəri, həm də praktiki bilikləri əhatə edəcək. İlkin olaraq prezentasiya ilə bələdçiyə lazım olacaq məlumatlar, tarixi yerlər, maraqlı faktlar öyrədilir. Bundan əlavə praktiki dərslərdə isə turu necə başlatmaq, istiqaməti necə götürməli, turun idarə olunması, hansı məkanların önündə dayanıb informasiya verilməli və s. kimi nüanslara toxunulacaq və tələbələrə göndərilən materiallardakı informasiyaya əsaslanaraq onlardan hər hansı bir tarixi-memarlıq abidəsinin qarşısında məlumat verib, bələdçilik etməsi istəniləcək. Bu da bilavasitə onların nəzəri formada öyrədilən biliklərinin praktika əsnasında reallaşdırılmasına kömək olacaq.

“Gələcək bələdçilər üçün tur bələdçiliyi” kursun proqramı:

Mövzu 1. Aeroportdan-otelə qarşılanma prosesi və mətni (1.5 saat)

Mövzu 2. Bakı şəhər turu (1.5 saat)

Mövzu 3. İçərişəhər turu (1.5 saat)

Praktiki dərs: Mövzu 2 və 3 (3 saat)

Mövzu 4. Atəşgah turu (1.5 saat)

Praktiki dərs: 4 (2 saat)

Mövzu 5. Qobustan və palçıq vulkanları turu (1.5 saat)

Praktiki dərs: 5 (3 saat)

Mövzu 6. Abşeron turu (1.5 saat)

Praktiki dərs: 6 (2 saat)

Mövzu 7. Bakının arxitektur binaları (1.5 saat)

Praktiki dərs: 7 (3 saat)

Mövzu  8. Şamaxı – Qəbələ turu (1.5 saat)

Praktiki dərs: 8 (1 günlük tur)

Mövzu 9. Quba-Xınalıq turu (1.5 saat)

Praktiki dərs: 9 (1 günlük tur)

Mövzu 10. Bakının muzeylərinə səyahət (1.5 saat)

Praktiki dərs: 10 (3 saat)

Təlimçi barəsində:

Firəngiz Məmmədova

Azərbaycan Kooperasiya Universiteti – Tərcümə / İngilis-Azərbaycan / Bakalavr

Azərbaycan Turizm və Menecment Universiteti – Turizmin bələdçisi / Magistr

2017-2018-ci illərdə tur bələdçisi olaraq fəaliyyət göstərib, həmçinin bu sahə üzrə müxtəlif təlim və seminarlarda iştirak edərək, yeni biliklər əldə edib işlədiyi müddətdə tətbiq edib.

2015-ci ildən başlayaraq ingilis dili müəlliməsi kimi çalışmağa başlayıb və hal-hazırda Azərbaycan Turizm və Menecment Universitetində turizm sahəsi üzrə fənnləri ingilis dilində tələbələrə tədris edir.

Ətraflı məlumat və qeydiyyta: 051 561 49 45

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir