Gələcək karyerana “PAŞA Kapital təcrübə proqramı” ilə investisiya et!
PAŞA Kapital İnvestisiya Şirkəti QSC 2022-ci ilin İyul və Avqust aylarında ali təhsil müəssisələrinin tələbə və məzunlarının bilik, bacarıq, eləcə də şəxsi inkişafına dəstək vermək məqsədilə ödənişli Yay Təcrübə Proqramı elan edir
Təcrübə proqramından nələri qazanacaqsınız?
- Maliyyə bazarları və investisiya idarəetməsi üzrə nəzəri biliklərinizi artıracaqsınız;
- Vəsaitlərin idarə edilməsi bacarıqlarınızı, mürəkkəb tapşırıqların həll olunmasında analitik yanaşma və məsələlərin dərin təhlili qabiliyyətlərinizi inkişaf etdirəcəksiniz;
- Nəzəri biliklərinizi praktikada tətbiq edəcək və ölkənin lider investisiya şirkətinin real iş mühiti ilə yaxından tanış olacaqsınız;
- “PAŞA Kapital” komandasının bir hissəsi olmaqla müasir korporativ idarəçilik prinsiplərini əyani mənimsəyəcəksiniz;
- Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə praktik vərdişlər qazanacaqsınız;
- Yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq, müxtəlif növ layihələrdə və əməliyyatlarda iştirak edəcəksiniz;
- Sizə məxsus yeni təklifləri komanda ilə birlikdə müzakirə edəcək və həyata keçirmək şansı əldə edəcəksiniz;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq texniki və fərdi bacarıqlarınızı birlikdə kəşf edib və inkişaf etdirəcəyik;
- Təcrübə proqramının sonunda sertifikatla təltif olunacaqsınız;
- Təcrübə proqramına seçilmiş tələbə və məzunlar, vakansiyalar üzrə tələb olunan şərtlərə cavab verdiyi halda işlə təmin oluna bilər.
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Stimullaşdırıcı əmək haqqı;
- İş qrafiki: Həftənin 5 günü saat 10:00 - dan saat 17:00 - dək;
- Bloomberg, PAŞA Kapital və digər ticarət platformaları ilə iş təcrübəsi;
- İnvestisiya alətləri (investisiya qiymətli kağızları, törəmə maliyyə alətləri və s.) haqqında geniş biliklərə sahib olmaq;
- Fiziki və hüquqi şəxslərlə investisiya xidmətləri üzrə kommunikasiya bacarığı;
- Pul bazarı əməliyyatlarını (repo / əks repo) icra etmək və danışıqların aparılması;
- Qiymətli kağızlarla ticarətdən irəli gələn hesablaşmaların icra edilməsi.
- İqtisadiyyat, Maliyyə və Biznesin Təşkili ixtisas yönümlü 4-cü kurs bakalavr məzunları, magistr və ya MBA pilləsində təhsil alan tələbələr;
- Səlis Azərbaycan və İngilis dili biliyi - Rus dili (arzu olunandır);
- Məsuliyyətli və operativ;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
- Yeni bilik və bacarıqlara açıq olmalı.
___________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur