Gələcək karyerana “PAŞA Kapital təcrübə proqramı” ilə investisiya et!

Gələcək karyerana “PAŞA Kapital təcrübə proqramı” ilə investisiya et!

 

PAŞA Kapital İnvestisiya Şirkəti QSC 2022-ci ilin İyul və Avqust aylarında ali təhsil müəssisələrinin tələbə və məzunlarının bilik, bacarıq, eləcə də şəxsi inkişafına dəstək vermək məqsədilə ödənişli Yay Təcrübə Proqramı elan edir
advertisement
 

 

advertisement Təcrübə proqramından nələri qazanacaqsınız?

 

  • Maliyyə bazarları və investisiya idarəetməsi üzrə nəzəri biliklərinizi artıracaqsınız;

  • advertisement
  • Vəsaitlərin idarə edilməsi bacarıqlarınızı, mürəkkəb tapşırıqların həll olunmasında analitik yanaşma və məsələlərin dərin təhlili qabiliyyətlərinizi inkişaf etdirəcəksiniz;

  • Nəzəri biliklərinizi praktikada tətbiq edəcək və ölkənin lider investisiya şirkətinin real iş mühiti ilə yaxından tanış olacaqsınız;

  • “PAŞA Kapital” komandasının bir hissəsi olmaqla müasir korporativ idarəçilik prinsiplərini əyani mənimsəyəcəksiniz;

  • Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə praktik vərdişlər qazanacaqsınız;

  • Yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq, müxtəlif növ layihələrdə və əməliyyatlarda iştirak edəcəksiniz;

  • advertisement
  • Sizə məxsus yeni təklifləri komanda ilə birlikdə müzakirə edəcək və həyata keçirmək şansı əldə edəcəksiniz;

  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq texniki və fərdi bacarıqlarınızı birlikdə kəşf edib və inkişaf etdirəcəyik;

  • Təcrübə proqramının sonunda sertifikatla təltif olunacaqsınız;

  • Təcrübə proqramına seçilmiş tələbə və məzunlar, vakansiyalar üzrə tələb olunan şərtlərə cavab verdiyi halda işlə təmin oluna bilər.


advertisement  

Təcrübə proqramı haqqında məlumat:

  • AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

  • advertisement
  • Stimullaşdırıcı əmək haqqı;

  • İş qrafiki: Həftənin 5 günü saat 10:00 - dan saat 17:00 - dək;

  • Bloomberg, PAŞA Kapital və digər ticarət platformaları ilə iş təcrübəsi;

  • İnvestisiya alətləri (investisiya qiymətli kağızları, törəmə maliyyə alətləri və s.) haqqında geniş biliklərə sahib olmaq;

  • Fiziki və hüquqi şəxslərlə investisiya xidmətləri üzrə kommunikasiya bacarığı;

  • advertisement
  • Pul bazarı əməliyyatlarını (repo / əks repo) icra etmək və danışıqların aparılması;

  • Qiymətli kağızlarla ticarətdən irəli gələn hesablaşmaların icra edilməsi.


 

advertisement Təcrübə proqramına kimlər qoşula bilər?

 

  • İqtisadiyyat, Maliyyə və Biznesin Təşkili ixtisas yönümlü 4-cü kurs bakalavr məzunları, magistr və ya MBA pilləsində təhsil alan tələbələr;

  • advertisement
  • Səlis Azərbaycan və İngilis dili biliyi - Rus dili (arzu olunandır);

  • Məsuliyyətli və operativ;

  • MS Office proqramları ilə işləmə bacarığı;

  • Analitik düşünmə qabiliyyəti;

  • Peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;

  • advertisement
  • Yeni bilik və bacarıqlara açıq olmalı.


 

Müraciət etmək istəyən namizədlər CV formalarını məktub başlığında “Yay təcrübə proqramı / Marja ticarəti (Beynəlxalq Maliyyə Bazarları)” və ya “Yay təcrübə proqramı 2022 / Daxili və xarici bazarda vasitəçilik (brokerage)” qeyd etməklə[email protected]ünvanına göndərə bilərlər.
advertisement
___________________________________________________________________________________________________________________




BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az