Gələcək peşələr: kiber təhlükəsizlik mütəxəssisi

Gələcək peşələr: kiber təhlükəsizlik mütəxəssisi Rəqəmsal sahədə dəyişikliklər və yeniliklər gedərək artmaqdadır. Kiber məkanlar müxtəlif məqsədlər üçün istifadəyə yararlı hala gəlmişdir. Bu mühitlərdəki informasiya və əməliyyat təhlükəsizliyi təhdidlərinə qarşı çıxmaq, risklərin qarşısını almaq və təhdidlərlə mübarizə aparmaq üçün "kiber təhlükəsizlik mütəxəssisi" kimi peşələrin əhəmiyyətini ortaya çıxardı. Kiber Təhlükəsizlik də bir neçə sahələrə bölünür. Bu sahədə işləmək istəyənlər kiber kəşfiyyat, əməliyyat sistemi təhlükəsizliyi, şəbəkə təhlükəsizliyi, mobil sistem təhlükəsizlik mütəxəssisi kimi çalışırlar.   Kiber təhlükəsizlik mütəxəssisləri; - Təhlükəsizlik boşluqlarını nəzərə almaq, - Təhlükəsizlik zəifliyi barədə məlumat vermək / hesabat vermək, - Kiber hücumlarla mübarizə, - Hücuma müqavimət göstərmək, - Fərqli hücum növlərinə görə tədbir görülməsi, - Şəbəkə və sistem təhlükəsizliyinin təmin edilməsi, - Zərər baş vermədən əvvəl təhlükənin aşkarlanması, - Olacaq riskləri müəyyən etmək, - Casusluq əleyhinə proqramlarla mübarizə, - Təhlükələrin ola biləcəyi son nöqtələrdə müdaxilə kimi vəzifələri yerinə yetirirlər.   Kompüter mühəndisliyi, proqram mühəndisliyi, informasiya sistemləri mühəndisliyi kimi ixtisaslardan məzun olanlar bu sahədə işləyirlər. Kiber təhlükəsizlik mütəxəssis kimi işləyəcək insanlardan Milli və beynəlxalq standartlardan xəbərdar olmaq, tələb olunan sahələrdən sertifikatlar əldə etmək (Systems Security Certificated Practitioner /SSCP Sertifikatlı İnformasiya Sistemləri Auditoru / CISA, Sertifikatlı İnformasiya Sistemləri Təhlükəsizliyi Mütəxəssisi / CISSP), şəbəkə və sistem məlumatları bacarıqlarının olması gözlənilir. Bundan əlavə, bu sahədə çalışacaq mütəxəssisin yüksək səviyyədə İngilis dili bilməsi lazımdır. Kiber Təhlükəsizlik mütəxəssisi olmaq istəyən insanlar davamlı inkişafa açıq olmalı, maraq və araşdırma istəyinə sahib olmalı, diqqəti yüksək səviyyədə olmalı və xakerlər kimi düşünə bilən olmalıdır.   Dövlətlər, təşkilatlar və şirkətlər kiber təhlükəsizlik sahəsinə investisiya qoymağa davam edir və bu sahədəki imkanlarını artırmaq üçün səy göstərirlər. Təkcə 2018-ci ildə təxminən 100 milyon kiber məlumat sızması baş vermişdi. Bunun fərqində olan təşkilatlar kiber məkandakı hücumlarla mübarizə etmək, təhlükələri görmək və təhdidlərə qarşı səy göstərirlər. Bu səbəbdən də kiber təhlükəsizlik mütəxəssislərinə ehtiyac artmaqda davam edir. Bu arada, veb sayt dizaynı, kodlaşdırma, qrafik dizayner və digər ixtisaslar üzrə STEP IT Academy-də keçirilən proqramlardan faydalana bilərsiniz.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az