“Gələcək üçün öyrət” proqramı

KitabGəzər komandası olaraq “Gələcək üçün öyrət” proqramına şagird qəbulunu açıq elan edirik 🥳

Əgər siz də

Bölgələrimizdən birində yaşayırsınızsa;
7, 8, 9, 10, yaxud 11-ci sinif şagirdisinizsə;
İngilis dilində ilkin oxu bacarıqlarına sahibsinizsə;
Xarici dil biliyinizi inkişaf etdirməyə həvəsiniz varsa

Bu proqram sizin üçündür 🙂

Seçim prosesi 3 mərhələdə aparılacaq:

İlkin mərhələdə namizədlər qeydiyyat formasını (https://lnkd.in/dDWiDAX) dolduracaqlar;

Daha sonra, qeydiyyatdan keçən namizədlərə dil biliklərini yoxlamaq üçün test tapşırıqları göndəriləcək;

Son olaraq, test tapşırıqlarını uğurla yerinə yetirən namizədlərlə müsahibə təşkil ediləcək.

Hər 3 mərhələni keçən şagirdlərimiz 2 ay müddətində ödənişsiz olaraq ingilis dili dərslərində iştirak edəcəklər.

Qeydiyyat formasını doldurmaq üçün son tarix:
3 avqust 2020.

Bir cavab yazın

Back to top button