“Gələcəkdə Mən” Psixoloji seminarı

Müasir Gənclər Klubu təqdim edir !

Gənclərin Şəxsi İnkişafı mərkəzi olan Müasir Gənclər Klubu və Xəzər Universiteti Tələbə Məclisinin birgə əməkdaşlığı ilə Xəzər Universitetində Psixoloq Vəfa Əkbər`in rəhbərliyi ilə “Gələcəkdə Mən” adlı psixoloji təlim təşkil olunacaq.

Təlimdə iştirak etmək üçün ilk mərhələdə aşağıdakı formu doldurmağınız xahiş olunur. Form üzərindən əlaqə saxlanılacaq şəxslər təlimdə iştirak hüququ qazanacaqlar.

“Gələcək Mən” adlı Psixoloji seminarda müzakirə olunacaq mövzular:

* Mən kiməm?
* Mənim potensialım?
* Potensialı üzə çıxartma
* Gələcəkdə “Mən”

Ekspert :
Vəfa Əkbər – Bakı Dövlət Universitetinin Sosial Elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisasını bitirmişdir.
Gənclər və İdman Nazirliyinin dəstəklədiyi Gənclər üçün krizis telefon xəttində psixoloq kimi işləmişdir.
Yeniyetmə və gənclər, təlimlər və qrup terapiyalari üzrə mütəxəsisdir. Psixoterapiya Mərkəzində Psixoloq – psixoterapevt kimi çalışmışdır.
Hal-hazırda “Eros Psixologiya Mərkəzi”nin direktoru kimi çalışır.

QEYDİYYAT`dan keçmək üçün:
Linkə daxil olub formu doldurun: Forum

Keçiriləcək məkan: Xəzər Universiteti

19 noyabr, 11:45
Ödənişsizdir!
Daha ətraflı: 051 663 63 50

Bir cavab yazın

Back to top button
Close