Gələcəyə doğru bir addım: hibrid təhsilə keçid

Gələcəyə doğru bir addım: hibrid təhsilə keçid

 

3 mart 2020-ci il tarixində ənənəvi təhsildən distant təhsilə keçid zərurəti ilə üzləşdiyimiz zaman aşkar etdik ki, STEP IT Academy-nin 20 illik fəaliyyəti dövründə yaratdığı bir çox tədris alətləri tədrisin keyfiyyətini praktiki olaraq aşağı salmadan distant təhsilə keçmək imkanı verdi.

  • Bu, ilk növbədə “MyStat” – tədrisin idarəedilməsi sistemidir (Learning Management System). Akademiyada tələbələrin maksimum dərəcədə məhsuldar təhsil alması üçün lazım olan zəruri alətlər burada toplanıb: onlayn gündəlik, tədris materiallarından ibarət resurslar, müvəffəqiyyətin reytinq sistemi və tələbəni motivasiya etmək sistemi. Bu sistem zamanla məhdudlaşmayıb, bu səbəbdən tələbə vaxtdan və məkandan asılı olmayaraq biliklər əldə edə bilər. Bunun üçün əlaltında internetə qoşulma imkanının olması yetərlidir.
  • Logbook – müəllimlər üçün resurs. Bu resursda müəllim işi üçün zəruri olan metodik materialları əldə edir, tələbələrin dərsdə iştirakını qeyd edir, bütün işlər üzrə tələbləri qiymətləndirir, həmçinin burada ev tapşırıqlarını verir və onları tələbələrdən qəbul edir. Logbook vasitəsi ilə müəllim həmçinin tədris hissəsi əlaqə saxlayır: müəyyən zaman aralığı üçün dərs cədvəlini alır və tələbələr haqqında rəylər yerləşdirir.
  • Bilavasitə distant təhsilin aparılması aləti – Microsoft Teams. Akademiyamıza daxil olan hər bir tələbə üçün avtomatik olaraq Microsoft Office 365 məhsullarına giriş imkanı verilir. Bu tələbələrə imkan verdi ki, əvvəlcədən yazılmış hazır videolara baxmadan, real zaman rejimində müəllimi görüb, eşitməklə onunla işləyə bilsinlər. Müəllim tələbələrin öz kompüterlərində nə etdiyini görür, tələbələr isə müəllimi və dərsin praktik hissəsini izah edərkən onun kompüter ekranını görürlər.
  • Geniş metodik baza: tədris proqramlarının bütün mövzuları üzrə müəllif hüquqlu materiallar, auditoriyada və sərbəst iş üçün tövsiyə xarakterli praktik tapşırıqlar, testlər, təqdimatlar, videolar, ədəbiyyat və məqalələr. Yekun layihə işləri və yaradıcılıq işləri də nəzərdə tutulub.

Dünya üzrə hazırki vəziyyət qeyri-stabildir, həkimlərin tövsiyələrindən asılı olaraq karantin rejimi gücləndiriləcək və ya yüngülləşdiriləcək. Çox təəssüf ki, biz buna təsir edə bilmirik, buna görə öz işimizi müasir dünyanın şərtlərinə uyğunlaşdırmalıyıq. Biz indi hibrid təhsil formasına keçməliyik, hansı ki, özündə əyani və distant təhsilin müsbət tərəflərini birləşdirir və çox ehtimal ki, yaxın 10 ildə bilik ötürülməsinin əsas forması olacaq. Hibrid təhsilin mahiyyəti qrup tələbələrinə özlərinə rahat formatı – əyani və ya distant təhsili seçmək imkanının verilməsidir.

 

Hibrid təhsil nədir?

Hibrid təhsil indiki şərtlərdə optimal təhsil mühitinin yaradılması üçün yeni, qabaqcıl texnologiyaların köhnə, sınanılmış metodlar ilə birləşməsindən ibarətdir.

Hibrid təhsilin xüsusiyyətləri:

  • özündə klassik və yeni texnologiyaları birləşdirir
  • bütün tələbələr – həm klassik təhsilə öyrəşənlər, həm də yenilik tərəfdarları üçün uyğundur.
  • daha öncə mövcud olan texnologiyalar öz işini davam etdirir
  • daha təhlükəsizdir və bilik səviyyəsinin aşağı düşməsinə səbəb olmur

Akademiyanın 6 ay ərzində yalnız distant təhsil rejimində işləyən əməkdaşlarının və müəllimlərinin qazandıqları iş təcrübəsi sayəsində həm böyüklər, həm də uşaqlar üçün tamamilə yeni tədris proqramları hazırlandı və istifadəyə verildi.

Qeyd etmək lazımdır ki, bu günün reallığında hibrid həll yeganə məqbul variantdır. Bu cür tədris daha çox fərdi və tələbə yönümlüdür: biz tələbənin tədris prosesindəki rolunu təyin edirik. Hazırda tələbə öz təhsilinin sərhədlərini müstəqil olaraq, təhsil müəssisəsinin müşahidəsi və rəhbərliyi altında genişləndirə bilər. Bütün tələbələr həm fərdi, həm qrup halında inzibati-müəllim heyəti tərəfindən gücləndirilmiş nəzarət altındadırlar.

Hibrid təhsil öz-özünə yarana bilməz. Həm müəllimlər, həm tədris hissəsi, həm də tələbələr tərəfindən əlavə səylərə ehtiyaca var. Belə yeni modellər təhsilin inkişafına impuls verir, onlar daha effektiv, əlçatan, fərd yönümlüdür və zamanla ənənəvi metodlar üzərində üstünlüyə malik olacaqlar.

 

Nəyi və necə birləşdiririk?

Hibrid format tədrisdə hər zaman istifadə olunub, lakin əvvəllər qarışıq tədris forması leksiyalar, laboratoriyalar, kitablar və ya paylanan materiallar və ev tapşırıqları ilə məhdudlaşırdı. Bu gün STEP IT Academy-nin seçimli tədris yanaşmaları mövcuddur, o cümlədən sinxron və asinxron onlayn formatlar.

  • İşin və təhsilin birləşdirilməsi

Təşkilatlarda təhsilin əsl uğuru və effektivliyi işin və təhsilin ayrılmaz olmasına əsaslanır. İş təhsilin məzmununun mənbəyi olur, təhsil tələbata uyğun və iş yerində işin icrası zərurətinə uyğun əlçatan olur. Yuxarıda deyilənlərdən aydın olur ki, fiziki sinif anlayışı öz mənasını itirir, iş təhsilə çevrilir və bu daimi prosesdir.

  • Fərdi və qrup tədrisinin birləşdirilməsi

Avtomatlaşdırılmış tədris texnologiyaları fərdi təhsil və treyninqlərin aparılması imkanı yaratsa da, burada hər şey təhsil alanın nəzarəti altında olmasına baxmayaraq, heç də həmişə təhsil alana ilham vermir və motivə etmir. Bunun əksinə, birgə (qrup formasında) təhsil şagirdlər arasında dinamik ünsiyyətə şərait yaradır ki, bu da bilgi mübadiləsinə gətirib çıxarır.

  • Müəllif hüquqlu materialların və xarici materialların birləşdirilməsi

Müəyyən sahə, məhsul və ya prosesə dair texniki bilik və bacarıqların formalaşdırılması üçün ən yaxşı vasitə müəllif proqramlarıdır. Lakin təhsildə mövcud təhsil müddəti və büdcəsi çərçivəsində müxtəlif ehtiyaclar üçün müəllif proqramlarının hazırlanması çox zaman yerinə yetirilməsi çətin məsələdir. Hazır proqramlar bu məsələnin həllində kömək edə bilər, lakin onlar daha çox ümumi xarakter daşıyır və geniş auditoriya tərəfindən istifadə üçün nəzərdə tutulub.

  • Və tam yeni istiqamət: əyani və distant təhsilin birləşdirilməsi

Hazırki şəraitdə bu təhsil forması digərləri ilə müqayisədə daha maraqlıdır. Tədris materialları və tapşırıqlar bizim Mystat sistemində, YouTube və ya MS Teams kimi sosial şəbəkələrdə yerləşdirilə bilər və qarışıq tədrisin aparılmasına şərait yarada bilər, məsələn, tələbə zəruri hallarda və ya öz istəyi ilə bilavasitə sinfə gələ bilər.

 

Hibrid təhsilin üstünlükləri

  • Tələbə bilavasitə dərsə hazırlaşmalı və dərsdə iştiraka qədər işini görməlidir.
  • Digər tələbə və müəllimlər ilə sürətli onlayn ünsiyyət hesabına tələbələrin motivasiyası artır.
  • Müəllif materiallarının və ümumi materialların birləşdirilməsi tələbələrə öyrəndikləri fənn üzrə biliklərini dərinləşdirmək imkanı verir
  • Rahat dərs qrafiki
  • Çevik dəyişən tədris ili
  • Müxtəlif üsullar ilə tədrisin keyfiyyətinə nəzarət etmək imkanı: mentorların iştirakı, dərslərin yazılması, yoxlama siyahıları və s.
  • Komanda formasında tədris. Hibrid təhsil – tədris prosesini sosial və şəffaf edən komanda fəaliyyətidir.
  • Evdə iş. Müəllim və tələbələr məsafədən işləyə bilərlər. Tədris prosesinə xarici mütəxəssislərin cəlb edilməsi imkanı yaranır.
  • Gender və sosial ayrıseçkiliyin olmaması: hibrid təhsil zamanı maddi rifah səviyyəsi, fiziki məhdudiyyətlər və ya gender ayırseçkilikləri ilə bağlı problemlər əhəmiyyətli dərəcədə azalmış olur.

 

Xülasə: Akademiya 20 illik fəaliyyətində hazırda hibrid təhsil adlanan sahədə çox irəli gedib:

  • Müəllif proqramları Microsoft, Cisco, Autodesk proqramları ilə bərabər tədris olunur
  • Tələbələr həm fərdi, həm də qrup halında tapşırıqları yerinə yetirirlər.
  • Tələbələrimizin əksəriyyəti artıq 2-ci semestrdən təhsili və İT şirkətlərdəki işlərini birlikdə aparırlar
  • Sinifləri interaktiv sistemlər ilə təchiz etməklə planetin istənilən nöqtəsindən dərslərə giriş imkanı yaradılır

 

Hazırda hibrid təhsilin bütün 4 tərkib hissəsinə sahib olmaqla, Akademiya 2020-ci ilin sentyabr ayından bütün arzu edənlərə hibrid təhsil formasını tətbiq etməyə başlayacaq.

Bir cavab yazın

Back to top button