“Gələcəyə mühəndis xanımlarla” adlı görüş keçiriləcək

Sizi “Gələcəyə mühəndis xanımlarla” adlı görüşə dəvət edirik.

Yeni yaradılan “Qadınlar Mühəndislikdə Hərəkatı”nın (WING – Women in Engineering) ilk tədbirində spikerlərlə görüşə biləcək, uğur hekayələrini və təcrübələrini dinləyə biləcəksiniz. Eyni zamanda tələbə xanımlar üçün nəzərdə tutulan “İntegrated Mentorship Program”ı ilə tanış olma şansınız yaranacaq. Bu şansı qaçırmamaq üçün aşağıda göstərilən ünvandan qeydiyyatdan keçə bilərsiniz.

Spikerlər:

İqrar Nəzərov – Təhsil Nazirliyi, Təhsil İnstitutu. STEAM Azərbaycan layihə rəhbəri


Nigar Cəlilova – BP, Mühəndis Qrup Rəhbəri


Şəbnəm Məmmədova – İnnovasiya texnologiyalar və prosesləri üzrə ekspert


Leyla Seyidzadə – BMT, İnnovasiyalar tədqiqi rəhbəri ⠀


Mario Caicedo Langer – Engineering For Kids Azerbaijan, Texniki direktor ⠀


Ceyhun Cabbarov (moderator) – STEM Education Azerbaijan, təsisçi

Mövzular: ⠀

Qadınlar və mühəndislik! Nə üçün xanımlar mühəndisliyi seçməlidir?


Dünyada mövcud və ya baş verəcək hadisələrdə mühəndislərin vacib rolu.


STEM təhsil metodu və qız uşaqlaranın bu istiqamətdə yönəldilməsinin əhəmiyyəti.


Şəxsi uğur hekayələri və təcrübələr


🗓Tarix: 15 Fevral 2020 ⠀

🕰Saat: 11.00


🏢Məkan: Bakı Ali Neft Məktəbi Kampus


📍Ünvan: Səbail rayonu, Yeni Salyan yolu 3-cü km. “25”


Giriş ödənişsizdir.


Dil: Azərbaycan


Qeydiyyat üçün: https://wingazerbaijan.ticketforevent.com/


Əlavə suallar üçün: +994504442525 Bu nömrə ilə əlaqə saxlaya bilərsiz

Bir cavab yazın

Back to top button