“Gələcəyin Gənci” layihəsi başladı

“Gələcəyin Gənci” layihəsi başladı. Qeyd edim ki, bu sahədə “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi böyük işlər görür. “Gələcəyin Gənci” layihəsi ilə biz də bu işlərdə öz töhfəmizi vermək istəyirik. Layihədə iştirak etmək istəyənlər linkə daxil olub qeydiyyatdan keçə bilərlər.
Layihədə məqsəd uşaq evləri və internat məktəblərində olan gənclərin həvəskar təlimçilərdən ibarət komandayla fərdi inkişafına dəstək üçün təlimlər keçmək, onların gələcək kariyeralarına təkan verəcək bilgilər aşılamaq,  cəmiyyətə yararlı intellektual gənclər yetişdirməkdir.Eyni zamanda layihənin məqsədi əksəriyyətimizin iştirak edə bildiyimiz fərdi inkişafımız üçün olan təlimlərin uşaq evləri və internatlarda olan gənclərin iştirakını təmin etməkdir. Bu gənclərin cəmiyyətdəki ayrı seçkiliyə məruz qalmaması, onların dünya görüşünün artırılması, öz həyatlarını istədikləri kimi yaşamasınına kömək olacaq.

Qeydiyyat linki: LİNK

Bir cavab yazın

Back to top button