22 Sentyabr 23:18

Gələcəyin ixtisasları

Dünyada bir çox araşdırmalar aparılır. Bu araşdırmalardan biri də “İşlərin Gələcəyi” adlı araşdırmadır. İqtisadiyyatın 15 böyük , 9 sənayə sektorundakı 13 milyondan çox işçisi ilə bir araşdırma edilmişdir. Bu araşdırmanın nəticəsi heç də ürəkaçan deyil. Çünki, yaxın gələcəkdə nə qədər iş yerlərinin itiriləcəyini göstərir. Buna görə  2020 – ci ilə qədər 7.1 milyon iş ləğv olunacaq. Bunun qarşılığında isə 2.1 milyon yeni iş imkanı yaradılacaq. Yəni, 2020 – ci ilə qədər cəmi 5 milyon insan demoqrafik  dəyişikliklər və texnoloji inkişaf  səbəbi ilə işlərini itirəcəklər.

Süni intellekt, robot elmi, nanotexnologiya, 3D print, genetik və biotexnologiya kimi sahələrin inkişafı  4.0  Sənayə  Dövrü  yalnız  iş modellərində deyil, iş bazarında da geniş bir dəyişimə səbəb olacaqdır. Gerçəkləşən dəyişikliklərlə insanların xüsusiyyətlərinin də yeni sahələrə uyğun inkişaf etməsi təxmin edilir.

Hansı sahələrdə daha çox iş olacaq?

İş baxımından gələcəkdə ən zəif təsir səhiyyə xidmətində baş verəcək. Səhiyyə xidmətini enerji, maliyyə xidmətləri və investorlar izləyəcəkdir. Araşdırmaya görə iş itkiləri ən çox ağ yaxalılarda və inzibati sahələrdə olacaq. Yeni yaradılacaq işlərin ən çox  “Kompyuter və Riyaziyyat”  ya da  “Memarlıq və Mühəndislik”  kimi özəlləşmiş iş sahələrində olacağı düşünülür.

Ən çox ixtisasın ortaya çıxacağı sahə isə İnformasiya və Rabitə Texnologiyalarında olacaqdır.

Gələcəkdə ən çox hansı ixtisaslar axtarılacaq?

Araşdırma gələcəkdə yeni iş sahələrinin sahib olacaq ixtisasları və sahələrin də analizini edir. Bunlardan bəziləri belədir:  Ən çox Data Analiz ixtisasına ehtiyac duyulacaqdır. Araşdırmaya  görə  data analistləri  2020-ci  ilə qədər  bütün  sənayelərdə çox  böyük  əhəmiyyətə sahib olacaqdır. Araşdırmadakı iştirakçılar gələcəkdə yaranacaq texnoloji qarışıqlığı faydalı informasiyalara çevirə bilmək üçün bütün sənayedə data analistlərə ehtiyac olduğunu bildirirlər.

Riyaziyyat və Kompüter sahəsi: Riyaziyyat və Kompüter sahəsinə daxil olan bütün ixtisaslarda böyük bir artım olacaqdır. Bu sahənin içərisində kompüter proqramistliyi,  Proqram  inkişaf  etdirmə  mütəxəssisliyi,  İnformasiya təhlükəsizliyi analistikliyi kimi ixtisaslar yer alır.

Memarlıq və mühəndislik: Gələcək illərdə memarlıq və mühəndisliyə olan maraq artacaqdır. Araşdırma nəticəsi xüsusilə biokimya, nanotexnologiya , robot və material sahələrində ixtisaslaşmış mühəndislərə diqqətin olduqca çox olacağını qeyd edir.

Ölkəmizdə də bu ixtisaslara getdikcə maraq artır. Bu sahədə beynəlxalq sertifikat verən akademiya fəaliyyət göstərir. STEP Kompüter Akademiyası Microsoft,  Cisco, Autodesk şirkətlərinin səlahiyyətli  təhsil mərkəzidir. Akademiyanın tələbələri  təhsil müddətində beynəlxalq  sertifikatlara ödənişsiz yiyələnirlər. Akademiyanın fəaliyyəti ilə itstep.az veb saytında tanış ola bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)