Gələcəyin karyera məsləhətçiləri axtarılır!

Gələcəyin karyera məsləhətçilərini axtarırıq!💛

Gəncə – Qazax, Şəki – Qəbələ – Zaqatala, Quba – Xaçmaz, Lənkəran – Astara bölgələrində yaşayan aktiv icma üzvlərini ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyilə həyata keçirilən “Karyera məsləhətçilərinin peşəkar inkişaf kursu” layihəsində iştirak etməyə dəvət edirik.

Əgər siz də yaşadığınız bölgədəki məktəblilərin peşə seçimi və karyera planlaşdırılması ilə bağlı yaşadıqları problemlərin fərqindəsinizsə, onlarla işləmək üçün güclü enerji və öyrənmək həvəsinə sahibsinizsə, biz, elə məhz sizi axtarırıq!

8 ay davam edəcək layihə aşağıdakı mərhələlərdən ibarət olacaqdır:

“Təlimçilər üçün təlim” proqramı;

Təcrübə proqramı (öyrəndiklərinizi bölgədəki şagirdlərlə işləyərək tətbiq edəcəksiniz);

“Təlimçilər üçün təlim” proqramı (II mərhələ);

Təcrübə proqramı (II mərhələ);

Mentorluq (Vebinarlar və rol modellərlə görüşlər);

Bootcamp.

Qeydiyyat linki: https://forms.gle/yLuKUCwfhzr7iAKi6
Qeydiyyat üçün son tarix: 1 oktyabr 2020

Qeyd edək ki, layihədə bütün bölgələr üzrə cəmi 60 nəfər şəxs iştirak haqqı qazanacaqdır.

QEYD: yalnız ilkin mərhələni uğurla tamamlayan şəxslər müsahibə mərhələsinə keçid ilə bağlı e-məktub əldə edəcəklər.

Bir cavab yazın

Back to top button