6 Avqust 16:36

Gələcəyin Peşələri Hansılardır?

Təzə nəsil peşələr texnologiya nəticəsində meydana gəlir. Çox az bir müddət sonar e-idman oyunçuluğu, data elmi, 3D printer mühəndisliyi, robot koordinatorluğu təzə peşələr arasına qoşulacaq.

Uşaqlara həmişə soruşulan ənənəvi suallardandır.. Böyüyəndə nə olacaqsan? Keçmişdə alınan cavablar həkim, vəkil, mühəndis, müəllim kimi standart seçimlərdən ibarət bir əzbər edilmiş kimi bir list idi. Lakin daha yeni nəsil bu sayılan peşələrə çox maraq göstərmir. Texnologiyanın inkişafıyla yeni sənətlər daha çox cazibədar bir hala gəldi. Bi müddət programçılıq(developer) sosyal media meneceri, genetika mühəndisliyi populyar olsa da, bu gün etibarilə çox daha fərqli sahələr diqqət çəkməkdədir. Bu gün artıq e-idman oyunçuluğu, data meneceri, 3D printer mühəndisliyi, geyinilməsi mümkün texnologiya dizaynerliyi kimi peşələrdən danışırıq.

Xüsusilə imtahanlara hazırlaşan gənclərin də bu təzə peşələrə əsasən seçim etmələri məsləhətli qəbul edilir. Süni intellect, 3D, obyektlərin internet böyük data kimi texnologiyalar peşələri formalaşdırır.

Robot Koordinatoru

Robotlar ən çox beş il içərisində demək olar həyatımızın hər sahəsində yer alacaq. Onları istehsalda, satışda və evlərimizdə görəcəyik. Bu qurğuları izləyəcək peşəkarlar yetiştirmə ehtiyacı da yaranacaq. Bəzi unversitetlər bunu indidən görüb bu tip ixtisaslar açmağa belə başladılar. Robot koordinatorundan, onların nəzarəti və təmirini etmələri və son olaraq robotlara yeni bacarıqlar qazandırmaqları  gözləniləcək.

Süni İntellekt Mühəndisliyi

Süni intellekt və maşın öyrənməsi gələcəyi indidən formalaşdırmağa başladı. Maşın öyrənməsi mühəndisləri və data menecerləri süni intellektin ayrılmayan iki iş ixtisası olacaq. Süni intellektin özəyini meydana gətirən maşın öyrənməsi mühəndislərinə hiss edilən ehtiyac, süni intellektin inkişafı ilə birlikdə artır. Görünüş tanıma, səsyazma, tibb və ya kiber mühafizə kimi fərqli sektorlarda fəaliyyət göstərən şirkətlər süni intellekt sahəsində yetişmiş bacarıqlı mühəndislərə ehtiyac duyur. Bu sahədə hal-hazırda dünyada işçi problem olduğu vurğulanır.

E-İdman Oyunçuluğu

E-idman oyunçuluğu peşə formasına gəlir. Türkiyədə e-İdman 2000-ci illərin əvvəlində Counter-Strike adlı oyunla başladı. 12 milyon insanın e-idmandan xəbəri var. E-idmanın sahib olduğu 8.9 milyon izləyicinin 3.5 milyonu daimi izləyicidir. Dünyada oyunçuların yaş ortalaması 15-26 arasında dəyişir. Gün ərzində 13-14 saat oyun oynayaraq turnirlərə, çempionatlara hazırlaşılar bu sözügedən e-idman oyunçuları. Bu idmançılar 26-30 yaşa qədər kariyerlərini davam etdirə bilirlər. Şəxsə görə dəyişsə də ən az 4000 AZN qazanıldığı vurğulanır.

Bir e-idmançının ildə qazandığı pul miqdarı 100 000-i görə bilir. Dünyada 2.5 milyon dollara transfer olan da var aralarında. E-idman bazarı hər mənada yeni bir iqtisadiyyatın təməllərini qoyur.

Kiber Təhlükəsizlik Mütəxəssisi

Bu günün ən vacib aspektlərindən biri informasiya təhlükəsizliyidır. Kiber təhlükəsizlik analitikləri bir təşkilatın kompüter şəbəkələrini və sistemlərini qorumaq üçün təhlükəsizlik tədbirlərini əlaqələndirir və həyata keçirir. Şirkətlərdə rəqəmsal mallarla əlaqəli müştəri təcrübəsini inkişaf etdirmə çabası güdən analistlər, data təhlükəsizliyindən də məsuldurlar. Data, qərar qəbul etmə mərhələsində əhəmiyyətli bir yerə sahibdir. Şirkətin əsas məhsullarını yüksək səviyyədə təşkil etmək və qorumaq vacib bir işdir. Bu sahədə mütəxəssislərin fəaliyyət sahəsi  getdikcə daha çox artır.

Geyilən texnologiya

Yeni inkişaf edən və həyatımızda özünə yer tapmağa başlayan bir başqa sahə. Ağıllı bilərziklər(biləklik)  bundan başqa içində ağıl olan hər cür portativ məhsullar bu kateqoriyaya girir. Gələcəkdə geyinəcəyimiz hər şeydə ağıl olacağı proqnozlaşdırılır. Mühəndislerin bu məhsulları öz başlarına inkişaf etdirmə düşüncələri çətin görünür. Dizayn olaraq da maraqlı olmalıdır və bu sahə ilə əlaqəli dizaynçılara çox ehtiyac olacaq.

3D printer mühəndisliyi

Yeni inkişaf edən texnologiyalardandır. Bu sahədə də işçi əksikliyi hiss edilir. Ənənəvi üsul və  qəliblə istehsal edə bilməyəcəyiniz bir çox məhsulun sözügedən 3D printerlərlə istehsal edilməsi mümkündür. Bu printerlərdən baş çıxaran və istehsal mühəndisliyi ilə maraqlanan insanlar gələcəkdə axtarılan şəxslər olacaqlar. Bu, dünyada yeni bir sahədir.  Ekspertlərin fikrincə, yeni ortaya çıxmış bu bazarda həm inkişaf, həm texniki xidmət və həm də digər sahələrə ehtiyac yaranacaq.

Ölkəmizdə də bu ixtisaslara getdikcə maraq artır. Bu sahədə beynəlxalq sertifikat verən akademiya fəaliyyət göstərir. STEP Kompüter Akademiyası Microsoft,  Cisco, Autodesk şirkətlərinin səlahiyyətli  təhsil mərkəzidir. Akademiyanın tələbələri  təhsil müddətində beynəlxalq  sertifikatlara ödənişsiz yiyələnirlər. Akademiyanın fəaliyyəti ilə itstep.az veb saytında tanış ola bilərsiniz.

Bəyən və paylaş