“Gələcəyini Qur” onlayn tədbir keçiriləcək

AIESEC Azərbaycan #gənclərüçün yeni bir layihə ilə qarşınızdadır!
Əgər sən də özünü evdə inkişaf etdirmək ilə maraqlanırsansa, bizim tədbiri qaçırma🤩
“Gələcəyini Qur” onlayn tədbiri ilə evdə qaldığın müddəti daha keyfiyyətli və səmərəli edəcəyik.
4 gün ərzində gələcəklə əlaqəli düşüncələrini genişləndirmək, karyera məqsədlərinə çatmaq, maliyyə problemlərini həll etmək, özünü və sevdiklərinin sağlamlıqlarının qeydinə qalmaq haqqında peşəkarlardan onların təcrübələrini və fikirlərini öyrənəcəksən.
4-7 iyun tarixində keçiriləcək tədbirdə peşəkarlar tərəfindən panel müzakirələr və təlim sessiyalarında onlayn 🟢 iştirak edib, ünsiyyət qurmaq imkanından da yararlana bilərsən.
Gələcəyini Qur onlayn tədbiri 4 mövzu əsasında baş tutacaq:
☑Panel müzakirələri: Post-pandemik dünya
☑Maliyyə
☑Karyera
☑Sağlamlıq
Tədbirdə də 4 gün iştirak edən şəxslər təşkilatımız tərəfindən imzalanmış sertifikatla təltif olunacaqdır.
Tədbir ödənişsizdir.
📍Qeydiyyat üçün: bit.ly/ForYOUth
Sizi tədbirdə gözləyirik

İnformasiya dəstəkçisi: Edumap.az Təhsil Portalı

Bir cavab yazın

Back to top button