5 Noyabr 16:53

Gənc alim və mütəxəssislərin ikinci beynəlxalq elmi konfransı keçiriləcək

Gənc alim və mütəxəssislərin ikinci beynəlxalq elmi konfransı keçiriləcək

3-6 mart 2020-ci tarixlərində Bakıda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin (təbiət elmləri) müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA-nın və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Elm Fondunun maliyyə dəstəyi ilə keçiriləcək tədbirdə gənc tədqiqatçıların elmi nəticələrinin təqdimatı nəzərdə tutulur.

Konfransda altı panel – “İntellektual sistemlər və texnologiyalar”, “Molekulyar biotexnologiya və gen mühəndisliyi”, “Riyaziyyatın nəzəri və tətbiqi problemləri”, “Nanotexnologiya və materialşünaslıq”, “Tətbiqi kristollaqrafiya və yeni materiallar” və “Xəzər dənizinin elmi və nəzəri multidissiplinar problemləri” üzrə müzakirələr aparılacaq. Bundan əlavə, orta məktəblərdə araşdırma aparan məktəblilər  üçün “Elmdə ilk addımlar” mövzusunda panel təşkil olunacaq.

Konfransda iştirak etmək istəyən gənc tədqiqatçılar (40 yaşadək) və orta məktəb şagirdləri tezislərini 1 fevral 2020-ci il tarixindək burada qeydiyyatdan keçərək göndərə bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)