9 Dekabr 13:14

Gənc Avropa Səfirləri müəllimlər üçün bullinqlə mübarizə məqsədilə təlim keçirəcəklər

Siz nə vaxtsa bullinq şahidi olmuş və ya bullinqə məruz qalmısınızmı?

İnsan Haqları ayı çərçivəsində Gənc Avropa Səfirləri gənclərə evdə, məktəbdə və icmada əsas hüquqlarını həyata keçirməyə kömək etmək və ölkədə sağlam təhsil mühitinin inkişafına töhfə vermək üçün müəllimlərlə əlaqə qurmaq və onların bacarıqlarını Avropa İttifaqının bullinqə qarşı vasitələri ilə artırmaq məqsədilə tədbir təşkil edirlər.

14 Dekabr 2019-ci il tarixində müəllimlər üçün keçiriləcək təlimdə bullinq anlayışı və bullinqin ən geniş yayılmış növləri, o cümlədən təhsil müəssisələrdə bullinqdən xilas olmaq və prafilaktika imkanları haqqında məlumat veriləcək. Tədbir iştirakçıları bullinq hallarının baş verməməsi üçün anti-bullinq təşəbbüslər və anti-bullinq kampaniyaların təşkili haqqında təlimatlanacaqdır.

Dil: Azərbaycan dili
Gün: 14 dekabr 2019
Vaxt: 14:00-17:00
Məkan: Resurs Mərkəzi

İştirak üçün qeydiyyat zəruridir.
İştirakçılarla əlaqə saxlanacaq.
Qeydiyyat formu:
https://forms.gle/rU5H8yrLfgCpbyBNA

Təlimçi haqqında:
Nurlana Cəlil Beynəlxalq münasibətlər və Gender sahəsində İstanbul Aydın Universiteti və Marburg Universitetində magistr təhsili alıb. Konrad Adenauer Fondunun təqaüdçüsü olub və Carl Friedrich Goerdeler Məktəbinin Good Governance üzrə proqramının iştirakçısıdır. Almaniyanın Marburg universitetinin doktorantura tələbəsidir. Beynəlxalq təşkilatlarda gender və vətəndaş cəmiyyətinin inkişafı sahəsində layihələr koordinasiya etmişdir.

Azərbaycanın Gənc Avropa səfirləri haqqında daha ətraflı məlumat =>http://bit.ly/2OrPySD

Bəyən və paylaş