12 Dekabr 17:23

“Gənc Bələdçi” layihəsi keçiriləcək

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Azəri Gənclər Alyansı İB-nin təşkilatçılığı ilə “Gənc Bələdçi”  layihəsi çərçivəsində Bakı şəhərində 16 dekabr 2016 –cı il tarixindən başlayaraq 30 nəfər fəal gəncə 3 gün müddətində təlim keçiriləcəkdir. Layihənin keçirilməsində məqsəd gənclərin turizmə olan maraqlarının artırmaq, xüsusilə ölkəmizin turizim imkanlarının dünya ölkələrinə tanırdırılması üçün müasir texnikadan düzgün istifadə edərək onları bu işə istiqamətləndirmək, ingilis dili daxil olmaqla, digər dillərdə çalışa bilən bələdçi-tərcüməçilərin hazırlanmasını təşkil etməkdir.

Nəzərinizə çatdıraq ki, təlimi uğurla bitirənlərə gələcəkdə “bələdçi” olaraq iş imkanları üçün şərait yaradacaq sertifikatlar təqdim olunacaqdır.

Ərizə forması

Qeydiyyatdan keçmək üçün 14 dekabr,2016-ci il tarixinədək müraciət edin.

Email: [email protected]

Müraciət etməyə tələsin, əziz gənclər

Bəyən və paylaş

Rəylər

rəy(lər)