Gənc bloggerlər – ödənişsiz təlim

Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Elektron Hökumət Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Gənclərin məşğulluğunun təmin olunmasına dəstək” adlı layihəsi çərçivəsində “Gənc bloggerlər” mövzusunda təlim keçiriləcəkdir.

Təlimin əsas məqsədi sosial media və bloggerlik fəaliyyəti ilə bağlı gəncləri təlimatlandırmaq, onların bu istiqamət üzrə bilik və bacarıqlarını artırmaq və İKT resurlarından faydalı şəkildə istifadədir.

Təlimdə aşağıdakı mövzular əhatə olunmuşdur:

– Sosial şəbəkələrdə gənclərin Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nəaliyyətlərlə bağlı paylaşımlarını artırmaq
– Gənclərin internetdə, virtual məkanda mövcud olan yeniliklər, imkanlar, veb portallar və resurslar haqqında məlumatlara çıxışını genişləndirmək
– Gənclərin internet və müxtəlif veb resurslar vasitəsi ilə şəxsi və peşəkar inkişafına, o cümlədən məşğulluğunun təmin olunması ilə bağlı yeniliklər
– Virtual iş yerləri, virtual ofislər, virtual xidmət
– İnternet və veb-servis, vebloqerlik üzərindən yeni xidmət növləri
– Bloqerlik-yeni peşə növü kimi
– Sosial şəbəkələrin ayrı-ayrı insanların, təşkilatların və dövlətlərin ictimai həyatına təsir imkanları
– İKT sahəsində əldə olunan yeniliklər və müasir texnologiyalar

Təlimçi: Aydın Əbilov (İKT üzrə ekspert, blogger)

Təlimə qeydiyyatdan keçmək üçün aşağıdakı linkə daxil olun:
https://goo.gl/39WQni

Təlim 19.01.2018-ci il tarixində saat: 14:00-da keçiriləcəkdir.

Ətraflı məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:
[email protected]
(012) 505 01 13; (077) 505 01 13; (051) 504 01 13

Rəylər

rəy(lər)