21 Yanvar 20:15

“Gənc Əkinçi”lər layihəsinə start verilir!

“Gənc Əkinçi”lər layihəsinə start verilir!

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Gənc Əkinçi”lər layihəsinə start verir. Layihənin əsas məqsədi bitkilərə düzgün aqrotexniki qulluğun göstərilməsi, gübrələrdən düzgün istifadə edilməsi, bitkilərdə olan zərərvericilərə və xəstəliklərə qarşı mübarizələrin aparılmasının gənclərə aşılanmasıdır. Layihə Lənkəran şəhərində keçiriləcək və ənənəvi olaraq fərqli şəhərlərdə keçirilməsi nəzərdə tutulmuşdur.

Qeydiyyat üçün keçid: https://forms.gle/BtwmCskMgoHMdyzUA

Bəyən və paylaş