Gənc Ekoloqlar

Salam əziz tələbələr!
Sizləri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyilə həyata keçiriləcək “Gənc Ekoloqlar” layihəsinə dəvət edirik.

Edumap.az xəbər verir ki, layihə çərçivəsində iştirakçılar dünyanın aparıcı universitetlərində təhsil almış peşəkar təlimçilərin dəstəyi ilə ətraf mühitin qorunması, ekoloji problemlər və onların yaratdığı fəsadlar ilə dərindən tanış olub, bu problemlərin həlli yolları istiqamətində fikir mübadiləsi aparacaqlar.

Təlimin son günündə təqdimatların keçirilməsi üçün təlimçi tərəfindən hər bir qrupa mövcud ekoloji problemlər sırasından müəyyən bir mövzu təqdim olunaraq, poster yarışması keçiriləcəkdir. Yarışma vasitəsilə iştirakçı qruplar verilmiş problemi və onun mümkün həlli yolunu yaradıcı şəkildə posterlərdə əks etdirəcəkdir. Hazırlanmış posterlər qrup liderləri tərəfindən təqdim olunduqdan sonra qalib komanda üzvləri müəyyən edilərək fərqlənmə diplomu və müxtəlif hədiyyələr ilə təltif olunacaqdır. İştirakçılar layihə müddətində həmçinin qrup şəklində işləmə, qrupun idarə edilməsi, informasiya mubadiləsinin aparılması və liderlik qabiliyyətlərini inkişaf etdirmə şansını da əldə edəcəklər.

Layihə 12 və 19 Noyabr tarixlərində Bakı Ali Neft Məktəbində (Xocalı prospekti, 30) həyata keçiriləcəkdir.

Təlim günləri və təlimçilər haqqında ətraflı məlumatlar növbəti günlərdə geniş şəkildə paylaşılacaq.
Layihədə ixtisasından asılı olmayaraq bütün tələbələr iştirak edə bilər.
İştirak üçün müraciət formunu aşağıdakı linkdən daxil olaraq doldura bilərsiniz:

Müraciət Formu

Qeydiyyat üçün son tarix: 10 Noyabr, saat 23:59-dur.

Təlim zamanı yarana biləcək yorğunluğu aradan qaldırmaq üçün çay fasiləsi nəzərdə tutulmuşdur.

Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sertifikatları və qalib komandanın üzvlərinə fərqlənmə diplomu təqdim olunacaqdır.

Layihə rəhbəri: Mustafa Əsgərov
Əlaqə: [email protected]
Tərtibatçı-dizayner: Azad Abdullayev

Təlimdə iştirak pulsuzdur.

Bir cavab yazın

Back to top button