16 Dekabr 20:22

“Gənc kimya mühəndisləri” adlı bilik yarışması

Əziz gənclər!
Əgər siz kimya mühəndisliyi üzrə biliklərinizə güvənirsinizsə və öz biliklərinizi yoxlamaq, eyni zamanda hədiyyə qazanmaq istəyirsinizsə o zaman hər birinizi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Bakı Ali Neft Məktəbinin təşkilati dəstəyilə həyata keçiriləcək “Gənc kimya mühəndisləri” adlı bilik yarışmasına dəvət edirik.

Yarış 2 mərhələdə 22 və 23 dekabr 2018-ci il tarixlərində (şənbə və bazar günü) Bakı Ali Neft Məktəbində (Xətai korpusu, Xocalı prospekti, 30) həyata keçiriləcəkdir.

Yarışda iştirak etmək üçün mütləq qeydiyyatdan keçməyiniz lazımdır. Bunun üçün [email protected] e-poçtuna ad, soyad, ata adı, əlaqə nömrəsini yazmağınız lazımdır. Qeydiyyat üçün son tarix: 19 dekabr, saat 23:59-dur.
Yarış kimya mühəndisliyi, kimya-texnologiyaları sahəsində təhsil alanlar və gənc kimya mühəndisləri üçün nəzərdə tutulub. Maksimal yaş həddi 30-dur.

Yarış qaliblərinə diplom və hədiyyələr, nəticəsi ilə fərqlənən iştirakçılara isə sertifikatlar təqdim olunacaqdır.
Yarışda iştirak ödənişsizdir.

Layihə rəhbəri: Gülşən İsmayılova
Əlaqə: [email protected]
Tərtibatçı-dizayner: Rəmziyyə Qarazadə

Bəyən və paylaş

Rəylər

rəy(lər)