“Gənc Könüllülər” Hərəkatı Bakı şəhəri üzrə könüllülərin QEYDİYYATına START verir!

“Gənc Könüllülər” Hərəkatı Bakı şəhəri üzrə könüllülərin QEYDİYYATına START verir!

Azərbaycan Respublikasının Gənclər Fondunun minlərlə “Gənc Könüllüləri” bu gün həm paytaxt həm regionlarda gənclərin maraqlarına xidmət edən fəaliyyətini davam etdirir. Sən də bu böyük ailənin parçası ola bilərsən!

Könüllülük fəaliyyətinin əsasında şəxsi və karyera inkişafı, iştirak etmək və kömək etmək, bir-birindən maraqlı gənc dostlar qazanmaq dayanır. Cənab Prezident İlham Əliyevin gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ilinin Azərbaycan Respublikasında “Könüllülər ili” elan etməsi könüllülüyün və könüllülərin önəminin göstəricisidir.

Əziz Gənclər!☺️
Əgər Siz də özünüzü bir Gənc Könüllü olaraq görmək istəyirsinizsə qeydiyyatdan keçin və fəaliyyət göstərmək istədiyiniz istiqamətlərdə öz bilik və bacarıqlarınızı inkişaf etdirin!

QEYDİYYAT üçün link: https://bit.ly/2YqlVpn
Son QEYDİYYAT tarixi: 11 iyul, 21:00
Əlavə suallarınız yaranarsa bizə yazın!

Bir cavab yazın

Back to top button
Close