27 May 15:20

Gənc liderlərimiz üçün “GəncLİK” Proqramı!

Gənc liderlərimiz üçün “GəncLİK” Proqramı!

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə həyata keçirdiyi “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramı üçün ərizə qəbuluna start verilir.
“GəncLİK” (Gənc Liderlər) proqramın məqsədi gənclərin liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, onların potensialının hərtərəfli təkmilləşdirilməsidir. Cari ilin sentyabr-dekabr aylarını əhatə edəcək proqram çərçivəsində 30 gənc lider yerli və xarici mütəxəssislərin təlimlərində iştirak edəcək, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunacaq.

Növbəti mərhələdə isə iştirakçılar dövlət qurumlarında, tanınmış şirkətlər və beynəlxalq təşkilatlarda ödənişli təcrübə keçəcəklər. Məzun liderlərə fərdi ideyalarını reallaşdırmaq üçün xüsusi dəstək veriləcək, onların karyera inkişafı təşviq olunacaq.
Proqramda iştirak etmək istəyən 27 yaşınadək bakalavr dərəcəsi olan gənclər www.genclider.az internet səhifəsi vasitəsi ilə 24 iyun saat 18:00-dək müraciət edə bilərlər.
Gələcəyə #gəncLİK-dən başla!

Bəyən və paylaş

Rəylər

rəy(lər)