Gənc müəllimlər arasında futzal yarışı keçirilir


GƏNC MÜƏLLİMLƏRİN NƏZƏRİNƏ!



15 iyul 2021-ci il tarixindən etibarən “Mars Overseas Baku LTD” MMM-in (Pepsi) maliyyə dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə “Gənc müəllimlərə çağırış: sağlam bədəndə, sağlam ruh!” - gənc müəllimlər arasında futzal yarışı” layihəsinin icrasına start verilmişdir. Bununla bağlı olaraq 21 iyul 2021-ci il tarixindən etibarən aşağıda qeyd edilən qaydalara uyğun komandalardan sifarişlərin qəbuluna başlanılır.



Yarışda ölkə üzrə gənc müəllimlərdən (yaş: 35 yaşa qədər – 31.07.1986-ci ildən sonra anadan olanlar) ibarət 14 komanda və “Mars Overseas Baku LTD” MMM-in (yaşı 35-ə qədər – 31.07.1986-ci ildən sonra anadan olanlar) əməkdaşlarından ibarət 2 komanda (ümumilikdə 16 komanda) iştirak edəcəkdir.



Sifarişlər 3 avqust 2021-ci il saat 23:59-a qədər onlayn şəkildə qəbul olunacaqdır. Yarışa ilk qeydiyyatdan keçmiş və sənədləri tam qaydasında olan 16 komanda buraxılacaqdır. Qeydiyyat üçün aşağıda qeyd olunan sənədləri qeyd olunmuş vaxt çərçivəsində [email protected] elektron ünvanına göndərmək lazımdır:

- Təqdim edilən excel formatda sifariş forması

- Sifariş formasının həkim möhürü və imzası olan skan versiyası

- Bütün oyunçuların və məşqçinin şəxsiyyət vəsiqəsinin skanı



Yarışda iştirak üçün sifariş forması: shorturl.at/awGRV

Yarışın əsasnaməsi (qaydalar və şərtlər): shorturl.at/moqIK



Qeyd 1: Seçilmiş 16 komanda sifariş üçün bütün sənədlərin əslini təlim-məşq seminarında təşkilat komitəsinə təhvil verməlidir.



Qeyd 2: Komandaların adı Azərbaycan dilində olmalı və Azərbaycan əlifbası ilə yazılmalıdır.



Təlim-məşq seminarı: 6-8 avqust 2021 tarixlərində rayonların birində təşkil olunacaqdır. Bu seminarda 16 komandanın kapitan və məşqçiləri iştirak edəcəkdir. Bu seminarda iştirak zamanı nəqliyyat, qidalanma və gecələmə AGMA tərəfindən təşkil olunacaqdır. Seminarda iştirak mütləqdir.



Oyunlar:

1/8: 14.08.2021 - 4 oyun: 10:00-11:00, 11:00-12:00, 18:00-19:00, 19:00-20:00

1/8: 15.08.2021 - 4 oyun: 10:00-11:00, 11:00-12:00, 18:00-19:00, 19:00-20:00

1/4: 21.08.2021 - 4 oyun: 10:00-11:00, 11:00-12:00, 18:00-19:00, 19:00-20:00

1/2: 22.08.2021 - 2 oyun: 18:00-19:00, 19:00-20:00

Final: 25.08.2021 - 2 oyun: 11:00-12:00



Qeyd 3: Oyunlar Bakı şəhərində keçiriləcəkdir. Məkan ilə bağlı təlim-məşq seminarında məlumat veriləcəkdir.



Mükafatlandırma: 1-ci yeri tutmuş komandaya idman forması, medal, diplom və kubok, 2-ci yeri tutmuş komandaya idman forması, medal və diplom, bundan başqa isə bir neçə nominasiyalar üzrə diplomlar veriləcəkdir.



Bütün komandalar uğurlar diləyirik!



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az