15 Avqust 18:35

Gənc Oğlanların İnnovasiya Düşərgəsi

İsmayıllı rayonunda təşkil olunacaq Azərbaycan Oğlanların İnnovasiya Düşərgəsinin (Azerbaijani Boys Innovation Camp – ABIC) seçim mərhələsinə start verilmişdir.  Azərbaycanın 5 bölgəsindən ümumilikdə 30 iştirakçı olmaqla 14-17 yaş arası gənc oğlanları düşərgəmizdə iştirak etməyə dəvət edirik! Yay düşərgəsi 2-7 sentyabr, 2018-ci il tarixlərində təşkil olunacaq.

Layihənin məqsədi gənc oğlanların İnformasiya Texnologiyaları (İKT) haqqında məlumatlılığını artırmaq, onlarda sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və regionların iqtisadi inkişafına dair dövlət proqramlarına dəstək olmaqdır. Layihənin tərkib hissəsi kimi Proqramlaşdırma, Elektronika mühəndisliyi ilə tanışlıq, bizneslərin başlanılması, biznesin maliyyələşdirilməsi haqqında təlimlər və  həmçinin maraqlı oyunlar təşkil olunacaqdır.

İştirakçılar aşağıdakı şəhər və rayonlardan seçiləcəkdir:

  • Gəncə
  • Şəki
  • İsmayıllı
  • Qəbələ
  • Mingəçevir

*Müraciət üçün son tarixi: 20 Avqust 2018

*Ərizə formalarını [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.

Ərizə formaları

Bəyən və paylaş

Rəylər

rəy(lər)