8 Dekabr 10:19

“Gənc Psixoloqlar” İctimai Birliyi 1 yaşını qeyd edib

6 dekabr 2015-ci ildə rəsmi fəaliyyətə başlayan “Gənc Psixoloqlar” İctimai Birliyi 1 yaşını qeyd edir. Qarşısına ölkənin gənc psixoloqları arasında şəbəkələşmə yaratmaqla cəmiyyətin psixi sağlamlığı istiqamətində vahid fəaliyyəti təmin və təşkil etmək məqsədini qoyan birlik öz fəaliyyətinə “Azərbaycan Gənc Psixoloqların I Qurultayı”nı təşkil etməklə başlayıb. Bugünədək “Gənc Psixoloqun Karyerası”, “Azərbaycan Gənc Psixoloqlarının I Ümumrespublika forumu”, “Fəlsəfi Söhbət”, “Gənc Psixoloqların I Yay məktəbi”, “Azərbaycan Psixologiya Məktəbi”, “İxtisasımın Rəngi” kimi layihələr təşkil edən birliyin tərkibində “Beynəlxalq təcrübə”, “Sosial təsir”, “Psixoloji tədqiqatlar”, “Tədbirlərin təşkili”, “Universitetlərlə iş”, “Təlimçilər ofisi” kimi işçi qruplar da fəaliyyət göstərir. Birlik eyni zamanda müxtəlif layihələr çərçivəsində “ASAN könüllüləri Gənclər Təşkilatı”, “Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı”, “Avropa Tələbələri İctimai Forumu” (AEGEE Bakı) kimi təşkilatlarla da əməkdaşlıq edib. Xatırladaq ki, “Gənc Psixoloqlar” İctimai Birliyi, həmçinin 2017-ci il, 23-30 aprel tarixində Azərbaycanda keçiriləcək Avropa Gənc Psixoloqlar Assosasiyası Federasiyasının (EFPSA) 31-ci illik qurultayının da təşkilatçısıdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)