“Gənc Psixoloqlar” İctimai Birliyi könüllü gəncləri əməkdaşlığa dəvət edir

Dəyərli gənclər,

“Gənc Psixoloqlar” İctimai Birliyi olaraq psixologiya ilə əlaqəli materalların zənginləşməsinə töhvə vermək istəyən könüllü gəncləri əməkdaşlığa dəvət edirik. Bu işdə töhfə verəcək könüllü gənclər və mütəxəssislər 3 ayın tamamında diplom və mükafatla təltif olunacaqlar. Həmçinin, bu müddət ərzində fəaliyyəti və aktivliyi ilə fərqlənənlər üçün iş imkanlarının yaranması da mümkündür.

1. GPB – Ofis işçi qrupu
Bu işçi qrupunun üzvləri müxtəlif yerli və beynəlxalq təcrübə və layihələrin araşdırılması, tətbiqi və təhlili ilə məşğul olacaq. Həmçinin cari layihələrin icrasına, idarə olunmasına, təşkilati və texniki məsələlərin həllinə cavabdeh olması nəzərdə tutulur.

2. GPB – Elm işçi qrupu
Bu işçi qrupun üzvləri Azərbaycan dilində psixoloji ədəbiyyatın zənginləşdirilməsi, tərcümələrin həyata keçirilməsi və elmi-kütləvi məqalələrin hər kəs üçün əlçatanlığını təmin edilməsi işlərinin icrasını həyata keçirəcək.

3. GPB – Sosial media işçi qrupu
Bu işçi qrupun üzvləri təşkilatın fəaliyyətinin geniş kütləyə çatdırılması, digər işçi qrupların fəaliyyətinin işıqlandırılması, sosial şəbəkələr üzərindən kütləvi marifləndirmə işlərinin həyata keçirilməsini təmin edəcək.

Könüllülük proqamına qəbul 2 mərhələdən: İlkin qeydiyyat və müsahibə mərhələlərindəm ibarət olacaqdır. Hər iki mərhələdən uğurla keçən şəxslər 3 aylıq könüllülük proqramına qəbul olunacaqdır.

Əgər siz psixologiya ixtisası üzrə tələbə və ya gənc psixoloqsunuzsa, ixtisasınızı sevdiyinizi düşünürsünüzsə, könüllü fəaliyyət arzusundasınızsa bizə qoşulmağınız hədəflərimizə birgə çatmağımıza kömək edəcəkdir. Komandamıza qoşulmaq istəyənləri öz aramızda görməyə məmnun olarıq. Qoşulmaq istəyənlər, 20 sentyabr tarixinə qədər aşağıdakı müraciət formasını doldurmaları xahiş olunur.

Qeydiyyat linki: https://gpb.az/join-us/

Bir cavab yazın

Back to top button