26 Noyabr 00:13

“Gənc Psixoloqların I debat çempionatı” layihəsi

Edumap.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qaliblərindən biri olan Allahquluzadə Nərgizin rəhbərliyi ilə “Gənc Psixoloqların I debat çempionatı” layihəsinin icrasına başlanılır.

Əsas məqsədi gəncləri müəyyən mövzu ətrafında birləşdirmək və debat turniri keçirtmək olan layihədə psixologiya ixtisası üzrə təhsil alan gənclər maariflənəcək,ekspert qismində isə layihədə aidiyyəti sahə üzrə dövlət qurumlarının nümayəndələri, həmçinin gənc psixoloq və debatçılar dəvət olunacaq.
Layihənin icrası müddətində gənc psixoloqlar debat çempionatına cəlb olunacaq, onlara debatın aparılma qaydaları haqqında məlumat xarakterli təlimlər keçiriləcək və təlimlərdən sonra 2 gün ərzindədebat çempionatı keçiriləcək.

Gənc Psixoloqların I Debat çempionatının mövzusu “Sosial şəbəkələr insan psixikasına müsbət təsir edir” olacaq. Psixoloqlar bu mövzuya həm inkar, həm də təsdiq baxımdan yanaşaraq qalibiyyət uğrunda mübarizə aparacaq.
Layihə müddətində gənc psixoloqlar arasında debata maraq yaratmaq məqsədi ilə onlara debat ilə bağlı hazırlanmış çap materialları paylanılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənc Psixoloqların I debat çempionatı” layihəsinin icrasında Allahquluzadə Nərgizə təşkilatı işlərdə Debat Vətəndaş Cəmiyyəti (DVC) və “Gənc Psixoloqlar” İctimai Birliyi dəstək olacaq.

2 fevral 2017-ci il tarixinədək davam edəcək layihədə iştirak etmək üçün isə online qeydiyyatdan keçmək kifayətdir.
Qeydiyyat üçün aşağıdakı linkə daxil olun: LİNK

Layihədə iştirak üçün son müraciət tarixi – 04 Dekabr 2016

Bəyən və paylaş

Rəylər

rəy(lər)