29 Noyabr 12:17

Gənc Sahibkarlar Forumu keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər Fondu, KOBİA yanında İctimai Şura və “Gənc Sahibkarlar Şəbəkəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə gənclərin sahibkarlığa olan marağını artırmaq üçün 10 dekabr 2019-cu il tarixində, saat 11:00-da Bakı Konqres Mərkəzində Gənc Sahibkarlar Forumu keçiriləcək.

Tədbirdə yaşı 29-dək olan gənclər iştirak edə bilərlər. Forumda iştirak etmək üçün 7 dekabr 2019-cu il tarixinədək bu formanı doldurmaqla qeydiyyatdan keçmək tələb olunur.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)