2 İyul 14:12

Gənc sosial işçilər və sosial iş tələbələri şöbəsinin direktoru (könüllü)

Vəzifənin adı: Gənc sosial işçilər və sosial iş tələbələri şöbəsinin direktoru (könüllü)
Tabeçiliyi: İcraçı Direktor

Vəzifə və öhdəliklər:

Gənc sosial işçilər və sosial iş tələbələri şöbəsinin direktoru həftədə ən azı 10 saat ofisdə olur, icraçı direktorun rəhbərliyi altında Birliyin üzvləri ilə əlaqələrin, onların inkişafı üçün yeni təlimləri, seminarları, tədbirləri planlaşdırır, Birliyə yeni üzvlərin cəlb olunması işinin təşkilini təmin etdir.
1. İcraçı Struktur tərəfindən ona verilən fəaliyyətləri yüksək səviyyədə və vaxtında yerinə yetirmək;
2. Birliyin üzvləri üçün peşəkarlar tərəfindən aylıq təlimlər, görüşlər təşkil edir;
3. Yerli və beynəlxalq universitetlərlə və onların tələbələri ilə əlaqələrin qurulması;
4. Birliyin üzvləri tərəfindən gələn təkliflərin dinlənilməsi və qiymətləndirilməsi;
5. Birliyin sosial iş tələbələri və gənc sosial işçilərlə əlaqədar nəzərdə tutulan işlərin təşkilində, icrasında yaxından iştirak etmək və tapşırılan bütün işlərin öhdəsindən peşəkar səviyyədə gəlmək;
6. Birliyin tanınması üçün tədbirlərdə, konfrans və görüşlərdə lazım gəldikdə onu təmsil etmək və Birlik haqqında məlumatın yayılması işində yaxından iştirak etmək;
7. İcraçı orqanın qəbul etdiyi qərarların, layihələrin, proqramların və s. icrasını həyata keçirmək;
8. Birliyin işinin qurulması məqsədi ilə təşkilata ianələrin, qrantların və digər vəsaitlərin toplanması işində yaxından iştirak etmək;
9. Bilik və bacarıqlarını artırmaq üçün təşkilat tərəfindən təmin olunan tədbirlərdə iştirak etmək;
10. İcraçı Direktor tərəfindən ona tapşırılan digər məsələləri həll etmək.
Tələb olunan keyfiyyətlər:
1. Sosial iş tələbəsi və ya məzunu olmaq;
2. İngilis dili biliyi;
3. Komandada işləmək bacarığı;
4. Məsuliyyətli və intizamlı olmaq.

Maraqlanan namizədlərdən niyyət məktubu (Motivation Letter) və CV-lərini İyulun 15-nə qədər [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)